2024 - ci il üzrə
- Problem: Horizontal quyulardan istifadə etməklə tükənmiş qaz kondensat yataqlarından retrograd kondensatın çıxarılması prosesinin modelləşdirilməsi.
Tədqiqat işində alınmış əsas elmi nəticə haqqında məlumat: Karbohidrogen yataqlarının işlənməsi zamanı horizontal quyulardan istifadə etməklə proseslərin modelləşdirilməsi üçün hesablama sxemləri təklif edilmiş və onun əsasında real qaz-kondensat yatağının işlənməsinin xarakterik göstəriciləri qiymətləndirilmişdir.Lay-quyu sistemində mayenin süzülməsinin üçfazalı üçkomponentli modeli əsasındatükənmə rejimində karbohidrogen fazalarının seqreqasiya ilə ayrılması və tükənmiş qaz kondensat yataqlarından retrograd kondensatın çıxarılması prosesi modelləşdirilmişdir.Müəyyən edilmişdir ki, qaz-kondensat çöküntülərinin tükənməsi zamanı seqreqasiya proseslərinin təzahürü qaz-su təması yaxınlığında texnogen kondensat halqasının əmələ gəlməsinə gətirib çıxarır və su basması texnogen kondensat halqalarının işlənməsinin səmərəli üsuludur. Su basması zamanı kondensatın son bərpası baxımından ən böyük effekt su anbarının damına vurulduqda əldə edilir. Bəhs olunan mövzuya aid 1 məqalə “Web of Science, SCIE,Q4” kateqoriyalı jurnalda, 1 məqalə “Scopus, Q4” kateqoriyalı jurnalda çap olunmuşdur.
İcraçı: İnformatika kafedrası, texnika elmlər doktoru, dosent Mübariz Xəlilov
- Problem: Qeyri-ənənəvi sərhəd şərtlərində parabolik tənlik üçün qarışıq məsələnin həllinin mövcudluğu və unikallığı.
Tədqiqat işində ikitərtibli dəyişən əmsallı parabolik tip tənlik üçün zamana görə gecikmə olan halda öz-özünə qoşma olmayan və qeyri- lokal sərhəd şərtli qarışıq məsələyə baxılır. Başlanğıc funksiyanın üzərinə minimal şərtlər daxilində çıxıqlar və kontur inteqralı üsullarının kombinasiyasından istifadə edərək, baxılan məsələnin həllinin varlığı və yeganəliyi isbat olunmuş və həll üçün inteqrallarla ifadə olunan aşkar-analitik düstur tapılmışdır.
Nəticə: Exitstence and Uniqueness of the Solituon of a Mixed Problem for a Parabolic Equation Under Nonconventional Boundary Conditions. Journal of Physical Mathematics and its Applications,vol.2(4) 2024.
DOI: 10.47363/JPMA/2024(2)116
İcraçılar: Riyazi fizika tənlikləri kafedrası, professor Yusif Məmmədov, dosent Hikmət Əhmədov
- Problem: Silindrdə yayılan kvazi-Şolte dalğalarının səpələnməsinə, tərkibində viskoz maye olan içi boş silindrdə qeyri-ogen ilkin gərginliklərin təsiri.
Tədqiqat işində hidroelastik sistemdə yayılan oxasimmetrik kvazi-Şolte dalğasının dispersiyası daxilində sıxıla bilən barotrop mayye olan içi boş silindirdə oxasimmetrik qeyri-homogen ilkin gərginliklərin təsiri tədqiq edilmişir. Mayenin axını xəttləşdirilmiş Eyler tənlikləri ilə təsvir edilmişdir. Məsələnin həllində diskret analitik metoddan istifadə edilmiş, müvaffiq dispersiya tənliyi alınmış və ədədi üsullarla həll edilmişdir. Müəyyən edilmişdir ki, qeyri-bircins ilkin gərginliklər kvazi-Şolte dalğalarının dispersiya əyrilərini təkcə kəmiyyət deyil, həm də keyfiyyətcə dəyişə bilər.
Nəticə: The influence of the inomogeneous initial stresses in the hollow cylinder containing an inviscid fluid on the dispersion of the quasi-scholte waves propagating in this cylinder. Applied and Computational Mathematics, v.23,№1, 2024,pp.18-39.
DOI: 10.30546/1683-6154.23.1.2024.18.
İcraçı: Riyazi fizika tənlikləri kafedrası, dosent Zakir Xankişiyev
4. Voltera tip iki mərhələli optimal idarəetmə məsələsi
Müxtəlif zaman parçalarında Volterra tip inteqro-diferensial tənliklər sistemi ilə təsvir olunan iki mərhələli optimal idarəetmə məsələsinə baxılmışdır. Müxtəlif şərtlər daxilində verilən məsələ üçün keyfiyyət funksionalının iki tip artım düsturu qurulmuşdur.Onlar üçün xüsusi idarə variantları tədqiq edilmiş, Pontyaginin maksimum prinsipinin analoqu və xəttləşdirilmiş maksimum şərh isbat olunmuşdur.
Nəticə: K.Б.Мансимов, А.Ф.Мансимзаде “К Необходимым условиям оптималъноьности в одной двухступенчатой задаче управления интегро-дифференциалъными уравнениями типа волътерра.” Проблемы физики,математики и механики, т. 59 (2), c.84-89, 2024,
DOI:https://doi.org/10.54341/20778708_2024_2_59_84
İcraçılar: Riyazi kibernetika kafedrası, f.r.e.d., prof. Kamil Mənsimov, saat/hesabı müəl. Aygül Mənsimzadə.
5. Kəsr tərtibli fərq tənlikləri ilə təsvir olunan məsələlərdə optimallıq şərtləri
Kəsr tərtibli qeyri-xətti iki parametrli diskret optimal idarəetmə məsələsinə baxılmış. Burada optimallıq üçün birinci tərtib müxtəlif zəruri şərtlər alınmışdır.
Nəticə: С.Т.Алиева, К.Б.Мансимов «Об одной дискретной двухпараметрической задаче управления дробного порядка», Итоги науки и техники. Современная математика и ее приложения. Тематические обзоры, том 234, с. 3-10, 2024,
DOI: 10.36535/2782-4438-2024-234-3-10
İcraçılar: Riyazi kibernetika kafedrası, f.r.e.n., dos. Səadət Əliyeva, f.r.e.d., prof. Kamil Mənsimov
2023- cü il üzrə
- Problem: Stoxastik optimal idarəetmə məsələləri.
Tədqiqat işində Qursa sərhəd şərtli hiperbolik tip xüsusi törəməli xətti diferensial tənliklər sistemininə baxılmışdır. Qursa sərhəd şərtli hiperbolik tip xüsusi törəməli xətti diferensial tənliklər sistemini stoxastik analoqu üçün həllin aşkar şəkildə inteqral göstərilişi alınmışdır.
İcraçılar: Riyazi kibernetika kafedrası, prof.Kamil Mənsimov, f.r.e.n., dos.Rəşad Məstəliyev
- Problem: Kəsr tərtibli fərq tənlikləri ilə təsvir olunan məsələlərdə optimallıq şərtləri.
Tədqiqat işində
- a) Kəsr tərtibli qeyri-xətti optimal idarəetmə məsələsinə baxılmış. Burada idarə oblastının açıq olduğu hal araşdırılmış və optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınmışdır.
- b) Məqalədə iki ölçülü kəsr tərtibli xətti fərq tənlikləri ilə təsvir olunan bir sinif optimal idarəetmə məsələsinə baxılmışdır. Kəsr tərtibli fərq tənliklər sistemi ilə təsvir olunan məsələlərin həllindən istifadə edərək, optimallıq üçün zəruri və kafi şərt alınmışdır.
İcraçı: Riyazi kibernetika kafedrası, dos. Səadət Əliyeva
- Problem: Neyman tipli diskret iqtisadi dinamika modellərinin tədqiqi.
Tədqiqat işində Neyman tipli diskret iqtisadi dinamika modelləri araşdırılmışdır. Məqalənin tədqiqində qraflar nəzəriyyəsinin anlayışlarından istifadə edilmişdir. Qraflar nəzəriyyəsinin tətbiqi ilə Neyman tipli iqtisadi dinamika modellərinin bir sinfi tədqiq edilib.
İcraçı: Riyazi kibernetika kafedrası, dos. Sabir Həmidov
- Problem: Kəsr tərtib diferensial tənliklər sistemi ilə təsvir olunan idarə məsələsində optimallıq şərtləri.
Tədqiqat işində Kaputo törəməli kəsr törəməli Volterra tip inteqro-diferensial tənliklər sistemi ilə təsvir olunan bir optimal idarəetmə məsələsinə baxılır. Keyfiyyət funksionalı terminal tipli funksionaldır. Artım üsulunun modifikasiya olunmuş üsulunun tətbiqi ilə optimallıq üçün Pontryaginin maksimum prinsipi şəklində birinci tərtib zəruri şərt alınmış.
İcraçı: Riyazi kibernetika kafedrası, dos. Jalə Əhmədova
- Problem: Qeyri tipik optimal idarəetmə məsələlərinin tədqiqi.
Tədqiqat işində Volterra tip inteqro-diferensial tənliklərlə təsvir olunan bir tipik olmayan optimal idarəetmə məsələsi tədqiq edilmişdir.Artım üsulunun bir variantından istifadə edərək optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınmışdır.
İcraçılar: Riyazi kibernetika kafedrası, prof.Kamil Mənsimov, r.ü.f.d- İlahə Nağıyeva
- Problem: Komponentlәri asılı olan vә daxil olmalar arasındakı zamanlar ağır qalıqlı paylanmaya malik mükafatlı - bәrpa prosesinin riyazi gözlәmәsi üçün asimptotik ayrılış.
Tədqiqat işində komponentlәri asılı tәsadüfi kәmiyyәtlәr olan mükafatlı - bәrpa prosesi tәqdim olunmuşdur.Bu prosesin riyazi gözlәmәsi üçün ağır qalıqlı paylanmalar sinifindә asimptotik ayrılış әldә edilmişdir.
İcraçı: Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrası, professor Rövşәn Әliyev
- Problem: Qeyri xətti xüsusi törəməli (parabolik tipli) diferensial tənliklərlə modelləşdirilən süzülmə məsələlərinin həlli üçün ədədi üsullar və alqoritmlərin işlənməsi.
Tədqiqat işində alınmış əsas elmi nəticə haqqında məlumat:
Çoxlayli deformasiya olunan yataqda qazkondensat qarışığının süzülməsində qaz rejimli deformasiya olunan ikilaylı qazkondensat yatağının bir şəbəkəli quyu ilə istismarı zamanı süzülmə-tutum parametrlərinin parametrik identifikasiya məsələsinin hesablama alqoritmi təklif olunmuş və onun əsasında quyunun istismar məlumatlarının faktiki qiymətlərinə görə yatağın laylar üzrə keçiricilik və məsaməliliyin paylanma qanunu təyin olunmuşdur. Bəhs olunan mövzuya aid 1 məqalə “Web of Science, SCIE,Q4” kateqoriyalı jurnalda, 1 məqalə “Scopus, Q4” kateqoriyalı jurnalda çap olunmuşdur.
İcraçı: İnformatika kafedrası, texnika elmlər doktoru, dosent Mübariz Xəlilov