Tətbiqi riyaziyyat və kibernetika fakültəsində həyata keçirilən Start-up və beynəlxalq layihələr haqqında məlumat aşağıdakı kimidir:
1. Erasmus+ proqramının KA2 fəaliyyəti çərçivəsində “Partnyor Universitetlərdə mobil applikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGUS (Developing Master programmes in Mobile Applications and Game Design at partner universities) layihəsi. Layihənin məqsədi Bolonya müddəalarına uyğun olaraq magistr proqramının hazırlanması, İnformasiya texnologiyaları, proqramlaşdırma, təhsil sahəsində keyfiyyətin artırılması, Azərbaycan məzunlarının işlə təmin olunmasıdır. Layihənin sonunda müəllimlərin yeni bilik və vərdişlərə, tələbələrin professional bacarıqlara yiyələnməsi və şəxsi startaplara başlaması mümkün olacaq. Layihə İsveçin Linköping Universiteti ilə tərəfdaşları Toomar Politexkin İnstitutu (Portuqaliya), Derbi Universiteti (Birləşmiş Krallıq), Tallin Universiteti (Estoniya), Cənub Federal Univrsiteti (RF), Həştərxan Dövlət Universiteti (RF), Voronej Dövlət Universiteti (RF), BDU (Azərbaycan), Bakı Mühəndislik Universiteti (Azərbaycan), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan) tərəfindən reallaşdırılır. Bakı Dövlət Universiteti 2018-ci ildən bu layihəyə qoşulmuşdur. Layihənin rəhbəri professor Əliyev Ələkbər olmuşdur.
2. Kompüter elmləri sahəsində hərtərəfli riyazi təhsili və biliyi olan, müasir düşüncəyə sahib, effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını bilən və onları real olaraq biznes və sənayedə olan problemlərin həllində və kommersiya əsaslı layihələrdə tətbiq etmək bacarığına malik olan mütəxəssislərin hazırlanması məqsədi ilə Bakı Dövlət Universitetində “Sabah Magistratura” layihəsi çərçivəsində “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə yeni məzmun yaradılmış və tətbiqi həyata keçirilmişdir. “Sabah Magistratura” layihəsi çərçivəsində “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə maliyyə vəsaiti Elm və Təhsil Nazirliyinin 2020-ci il 25 dekabr F-570 nömrəli əmrinə əsasən ayrılmışdır.