HƏSƏNOVA NAZLI ƏLİ QIZI

HƏSƏNOVA NAZLI ƏLİ QIZI

HƏSƏNOVA NAZLI ƏLİ QIZI

Dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
1966-cı il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. 190 saylı orta məktəbi 1983-cü ildə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1988-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Namizədlik dissertasiyasını 2005-ci ildə "Paylanmış verilənlər bazasında vaxt nişanı üsulu əsasında tranzaksiyaların idarə olunması alqoritmlərinin işlənməsi" mövzusunda müdafiə etmişdir. 2008-ci ildən İnformatika kafedrasında müəllim, 2014-ci ildən baş müəllim, 2015-ci ildən dosent əvəzi, 2017-ci ildən dosentdir. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir. İki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1988-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
2005-ci il-də "Paylanmış verilənlər bazasında vaxt nişanı üsulu əsasında tranzaksiyaların idarə olunması alqoritmlərinin işlənməsi" mövzusunda dissertasiya işi müdafiə etmişdir.
2006-cı ildən texnika üzrə fəlsəfə doktorudur.
2015-ci ildən dosent əvəzidir.
2017-ci ildən dosentdir.

ƏMƏK FƏALİYYƏTİ
1988-ci ildən 1993-cü ilə qədər Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində mühəndis,
1993-cü ildən 1997-ci ilə qədər Energetika İnstitutunda mühəndis,
1997-ci ildən 2000-ci ilə qədər Bakı Dövlət Universitetinin Ümumi Riyaziyyat kafedrasında baş laborant,
2000-ci ildən 2008-ci ilə qədər Bakı Dövlət Universitetinin İnformatika kafedrasında baş laborant,
2008-ci ildən Bakı Dövlət Universitetinin İnformatika kafedrasında müəllim
2013-cü ildən Bakı Dövlət Universitetinin İnformatika kafedrasında tam ştat müəllim və Kitabxanaşünaslıq kafedrasında da daxili əvəzçiliklə 0,5 ştat müəllim
2014-cü ildən Bakı Dövlət Universitetinin İnformatika kafedrasında baş müəllim
2015-ci ildən Bakı Dövlət Universitetinin İnformatika kafedrasında dosent əvəzi
2015-ci ildən Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinin Elmi Şurasının üzvüdür.
2017- ci ildən Bakı Dövlət Universitetinin İnformatika kafedrasında dosent
70 elmi işin müəllifidir.

TƏDRİS  ETDİYİ  FƏNLƏR
Müasir İKT. İnformasiya təhlükəsizliyi
Təhsildə İKT
İnformasiyanın idarə edilməsi
İnformasiya sistemləri və verilənlər bazası
Şəbəkələrin əsasları
İnformasiya təhlükəsizliyin əsasları
Paralel və paylanan hesablamalar
Kompüter şəbəkələri və multimediya
İnformasiya sistemləri
Elmdə və təhsildə kompüter texnologiyaları
Kompüter elmlərinin tarixi və metodologiyası

TƏDQIQAT SAHƏSI
Paylanmış verilənlər bazasında paralelliyin idarə olunması
Kompüter şəbəkələrində informasiyanın təhlükəsizliyi
Kibertəhlükəsizlik
Kriptoqrafik üsullarla əlçatanlığın təmin edilməsi
Kitabxana informasiya texnologiyaları
Distant təhsil texnologiyaları

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1. Həsənova N.Ə. "Paylanmış verilənlər bazasının multiversiyalı modeli üçün vaxt nişanı üsulu əsasında paralelliyin idarə olunması alqoritmi", "İnternet-Təhsil-Elm" IV Beynəlxalq Konfrans, 2-ci hissə, səh. 436-437
2. Гасымов Г.Р., Хасратова М.Г, Гасанова Н.А. Корреляционный анализ нелинейного осциллятора Релея. International Multidisciplinary Congress of Eurasia, july 11-13, 2016, p. 740-744.
3. Həsənova N.Ə., Qasımov Q.R. Həsrətova M.H. Корреляционный анализ нелинейного осциллятора Релея. International Multidisciplinary Congress of Eurasia, Odessa, july 11-13, 2016, p. 740-744.
4. Həsənova N.Ə. Təhsildə bulud texnologiyalar. SDU, Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları, III Respublika Elmi konfransının materialları, 15-16 dekabr 2016-cı il, Sumqayıt, səh. 291-293.
5. Hasanova N., Gasimov K., Aghayeva M. Calculation of numerical characteristics of the solution of a heat conduction problem for a circular cylinder. International congress on new trends in science, engineering and new technology, Barcelona, april 27-29, 2017, p.118-120
6. Həsənova N.Ə. İnformatikanın tədrisi metodikasında innovativ texnologiyalar. Əhmədov Qoşqar Teymur oğlunun anadan olmasının 100 illik yubiliyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı Respublika Elmi Konfransinın materialları (02-03 noyabr 2017-ci il), səh. 59-61
7. Hasanova N., Gasimov G., Aghayeva M. Probability characteristics of first approximations to forced oscillations of Van-der Pol oscillator with delayed amplitude and random excitation., International congress on new trends in science, engineering and new technology Italy, Roma, 2018, p.19-24
8. Hasanova N.,  Aghayeva M. Information technologies and security problems in digital libraries. International Conference on Multidisciplinary, Engineering Science, Education and Technology (IMESET’17 Bitlis) Turkey, p.260-265
9. Hasanova N.A., Alizade U.M. Security problems in distributed systems. 6th International Conference on Control and Optimization with Industrial Applications, 11-13 July, 2018, Baku, Azerbaijan, Volume II, p.144-147.
10. Hasanova N.A. Перспективы дистанционного образования (Prospects E-Learning), International congress on new trends in science, engineering and new technology (IMCOFE’20 St. Petersburg) Russia, 2020, 126-134.
11. Hasanova N.A. Grid technologies in distributed systems, Прикладні системи та технології в інформаційному суспільстві: зб. тез доповідей і наук. повідомл. учасників VII Міжнародної науково-практичної конференції (Київ, 29 вересня 2023 р.) /– К.: Київський нац. ун-т ім. Тараса Шевченка, 2023. – p. 287-294

SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Həsənova N.Ə., İsrafilova E.N., Fətullayev R.E. Tranzaksiyaların idarəolunma sistemlərinin bəzi bloklari üçün işləmə alqoritmləri. Texnika və texnologiyada informasiyalaşmanın bəzi problemləri: Məqalələr toplusu, N 8, Voronej: 2003, səh. 104-105
2. Həsənova N.Ə., Əliyev Ə.Ə. "Vaxt nişanı metodu əsasında paralelliyin idarə olunması alqoritmləri" Modelləşdirmə, proqramlaşdırma və telekommunikasiya sistemlərində informasiyalaşmanın müasir problemləri: Məqalələr toplusu, 8-ci buraxılış - Voronej: 2004, səh. 346-347
3. Həsənova N.Ə. "Paylanmış verilənlər bazasının multiversiyalı modeli üçün vaxt nişanı üsulu əsasında paralelliyin idarə olunması alqoritmi", "İnternet-Təhsil-Elm" IV Beybəlxalq Konfrans, 2-ci hissə, səh. 436-437
4. Həsənova N.Ə. Paylanmış verilənlər bazasında vaxt nişanı üsulu əsasında tranzaksiyaların idarə olunması alqoritmlərinin işlənməsi. Avtoreferat, Bakı 2005, 20 səh.
5. Н.А.Гасанова. Мультиверсная сериализуемось транзакций c применением метода временных меток в распределенных базах данных. Bakı Universitetinin Xəbərləri, fizika-riyaziyyat elmləri seriyası, №1, 2012-ci il, səh. 131-136
6. Həsənova N.Ə., Məcnunova Z.İ. Yeni informasiya texnologiyalarının elektron kitabxanalara tətbiqi, Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı-2015, №1 (16), səh 102-111
7. Həsənova N.Ə.,  Nəcəfova Z.X. Distant təhsil və rəqəmsal kitabxanalar, Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı-2015, №1 (16), səh 111-120
8. Həsənova N.Ə. İnformasiya kommunikasiya texnologiyaları və yeni təhsil paradiqması, Kitabxana.az (müstəqil elmi, metodki və praktiki jurnal), №1-2, səh. 30-33.
9. Həsənova N.Ə., Həsrətova M.H. İnformasiya kommunikasiya texnologiyası – müasir sosial mədəni biliklərin translyasiyası mexanizmidir. Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı-2016, №1 (19), səh 27-36.
10. Həsənova N.Ə. Professor A.A.Xələfovun informasiya cəmiyyəti və kitabxana işi haqqinda elmi araşdırmaları. Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin banisi – Abuzər Alı oğlu Xələfov: Məqalələr toplusu. Bakı: BDU nəşriyyatı, 2016, 265 s.
11. Həsənova N.Ə., Məhərrəmov İ.Ə. Rəqəmsal kitabxanalarda informasiyanın qorunması problemləri. Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı-2017, №1 (22), səh. 49-56
12. Həsənova N.Ə., Əlizadə Ü.M., Nəbiyev S.A. Paylanmış informasiya sistemlərində Z39.50 protokolu. Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı-2017, səh. 55-62
13. Həsənova N.Ə., Quliyeva N.Ə. Rəqəmsal kitabxana xidmətlərində elektron marketinq strategiyaları, Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı 2019, №1 (22), , səh. 84-93
14. Hasanova N.A., Novruzova S.M. İnnovative technologies in digital libraries, Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı 2019, №3 (30), səh. 38-46
15. Həsənova N.Ə. Distant təhsilin elmi-metodiki imkanları, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” Respublika elmi konfransının materialları, Bakı, 2020, səh. 39-40.
16. Həsənova N.Ə., İsrafilova E.N. İnformasiya mübadiləsinin reallaşmasında avtomatlaşdırılmış iş yerlərinin rolu, “Kitabxana və informasiya elmləri”, Bakı 2021, №1(1), 41-48.
17. Həsənova N.Ə., Əliyev O.A. Bulud texnologiyalarına əsaslanan tədris sistemlərinə və onların təhlükəsizliyinin təmininə tətbiq olunan tələblərin təyini, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” Respublika elmi konfransının materialları, Bakı 2021, səh. 118-120.
18. Həsənova N.Ə. Rəqəmsal kitabxanaların distant təhsilin dəstəklənməsində rolu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” Respublika elmi konfransı, Bakı. 2021, səh. 17-18.
19. Həsənova N.Ə.,Əliyeva F.A Müasir kitabxanaların rəqəmsal informasiya fəzasına inteqrasiyasi, Kitabxana.az, Elmi-nəzəri və təcrübi jurnal, №1(37), Bakı-2022, səh 55-66.
20. Həsənova N.Ə. Qarabağ kitabxanalarının gələcəyi üçün SMART kitabxanalar konsepsiyası. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Qarabağ kitabxanaları: tarixi, müasir durumu və gələcəyi” mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı, 17 may 2022. Bakı: BDU, 2023. – səh. 13-15.
21. Həsənova N.Ə. İdarəetmədə informasiya təhlükəsizliyi. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı respublika elmi-praktiki konfransının materialları, DTX-nin Heydər Əliyev adına Akademiyası, Bakı 5 may 2023, səh. 564-571.
22. Həsənova N.Ə. Yaşıl texnologiya konsepsiyası, “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda beynəlxalq elmi konfransın materialları, Lənkəran, 22 dekabr 2023-cü il, səh. 47-49
23. Həsənova N.Ə., Nuriyeva L.A. Анализ социальных сетей и кибербезопастность, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti İdarəetmədə və Təhsildə İnformasiya kommunikasiya texnologiyaları I Respublika Elmi Konfransı. Naxçıvan 2024, səh. 84-87

KİTABLAR
1. Həsənova N.Ə., Xəlilov M.S. İnformatika, Universitetlər üçün dərslik, Bakı-2015, 415 səh.
2. Həsənova N.Ə., İsrafilova E.N. İnformasiya texnologiyaları və sistemləri, Dərs vəsaiti, Bakı - Mütərcim nəşriyyatı 2015, 312 səh.
3. Həsənova N.Ə., Əlizadə M., Orucova T., Hacızadə S., Orucova M. İnformasiya təhlükəsizliyi, dərs vəsaiti, Bakı-2018, 388 səh.

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
2002-ci ildə "Bakı Dövlət Universitetinin idarə edilməsinin müasirləşdirilməsi" adlı Tempus-Tasic Avropa proqramı layihəsində iştirak etmiş, Fransanın Nitsa Sofiya-Antipolis Universitetində stajkeçmədə olmuşdur.
2019 – cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət