ƏLƏKBƏR ƏLİ AĞA OĞLU ƏLİYEV

ƏLƏKBƏR ƏLİ AĞA OĞLU ƏLİYEV

ƏLƏKBƏR ƏLİ AĞA OĞLU ƏLİYEV

Dekan

Tel.: (+99412) 510 56 31

Email: [email protected]

Texnika elmləri doktoru, professor, əməkdar müəllim, kafedra müdiri   

QISA BİOQRAFİK MƏLUMAT
1958-ci il dekabrın 16-da Bakıda anadan olub. 
1966-1976-cı illərdə Bakı şəhərində 44 saylı orta məktəbdə oxuyub və məktəbi QIZIL medalla bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.
1989-cu ildə Ukrayna Respublikasının Kiyev şəhərində Kibernetika institutunda «Откат-восстановление в отказоустойчивых распределенных системах» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1996-cı ildə Ukrayna Respublikasının Kiyev şəhərində Tətbiqi informatika institutunda«Протоколы синхронизации прикладных процессов в распределенных системах обработки информации» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 
Texnika elmləri doktoru, professor, əməkdar müəllimdir.

ƏMƏK FƏALİYYƏTİ
1982-1985-ci illərdə BDU-nun Hesablama mərkəzində riyaziyyatçı, baş riyaziyyatçı, aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində işləyib.
1985-1989-cu illərdə Ukrayna respublikasında Kiyev şəhərində V.M.Qluşkov adına Kibernetika institutunun aspirantı olub.
1989-1992-ci illərdə BDU-nun Hesablama mərkəzində layihənin baş mühəndisi, baş mütəxəssis vəzifələrində işləyib.
1992-1996-cı illərdə Ukrayna respublikasında Kiyev şəhərində V.M.Qluşkov adına Kibernetika institutunun doktorantı olub.
1996- hal hazıra kimi Bakı Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının əvvəlcə professoru, sonra isə müdiri vəzifəsində işləyir. 

TƏDRİS ETDİYİ FƏNLƏR

Paralel və paylanan hesablamalar, paylanmış verilənlər bazası və biliklər bazası, kompüter şəbəkələri və şəbəkə əməliyyat sistemləriı və s. fənləri tədris edir.

TƏDQIQAT SAHƏSI
Kompüter şəbəkələri, paylanmış sistemlər, paylanmış verilənlər bazası, bulud texnologiyaları.
1 monoqrafiyanın, 10 dərs vəsaitinin, 1 lüğətin, 2 preprintin, 4 metodik vəsaitin, 1 informatika üzrə ensiklopediyanın, 160-dən artıq elmi əsərin müəllifidir.
10 elmlər namizədi və 1 elmlər doktoru yetişdirib.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1987-2018-cı  illərdə bir sıra respublika və  beynəlxalq konfranslarda iştirak edib.


SEÇİILMİŞ ƏSƏRLƏRİ və KİTABLARI

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət