GÜLNARƏ ƏMİR QIZI BAĞIROVA

GÜLNARƏ ƏMİR QIZI BAĞIROVA

GÜLNARƏ ƏMİR QIZI BAĞIROVA

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Tel.: (+99412) 538 25 18

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
1989-cu il sentyabrın 9-da Ağdam şəhərində anadan olmuşdur.
1995–2006-cı illərdə orta məktəbdə təhsil almışdır.
2006–2010-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır.
2011–2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində "Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili" ixtisaslaşması üzrə magistratura pilləsində təhsil almışdır.
2015–2020-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Ehtimal nəzəriyyəsi ixtisaslaşması üzrə doktorantura təhsili almışdır.
2013-cü ildən Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində əmək fəaliyyətini davam etdirir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ
2006–2013 – Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr və magistratura təhsili almışdır.
2015–2020 – Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Ehtimal nəzəriyyəsi ixtisaslaşması üzrə doktorantura təhsili almışdır.
Doktorantura təhsili müddətində dissertasiya işi çərçivəsində aşağıdakı mövzular üzrə elmi tədqiqatlar aparmışdır:
2015–2018 – "Tsiklik xidmətli sistemləri ifadə edən təsadüfi proseslərin analizi".
Elmi rəhbər: akademik, fizika-riyaziyyat elmləri doktoru Asəf Hacı oğlu Hacıyev.
2018–2020 – "Həyəcanlanmış Markov təsadüfi dolaşmalar üçün sərhəd məsələlərinin tədqiqi".
Elmi rəhbər: professor, fizika-riyaziyyat elmləri doktoru Fəda Hənnan oğlu Rəhimov.

ƏMƏK FƏALİYYƏTİ
2013-cü ildən Bakı Dövlət Universitetinin "Ehtimal nəzəriyyəsi və riyazi statistika" və "İqtisadi kibernetika" kafedralarında böyük laborant vəzifəsində çalışmış, eyni zamanda Tətbiqi riyaziyyat və kibernetika fakültəsində saat hesabı əsasında dərs demişdir.
Hal-hazırda Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsində çalışır.
Tədris etdiyi fənlər:
Ehtimal nəzəriyyəsi və riyazi statistika;
Ehtimal nəzəriyyəsi;
Ekonometrika və digər fənlər.
10-dan çox elmi əsərin müəllifidir.

TƏDQİQAT SAHƏSİ
Həyəcanlanmış Markov təsadüfi dolaşmalar üçün sərhəd məsələlərinin tədqiqi.

BEYNƏLXALQ KONFRANSLARDA və SIMPOZIUMLARDA IŞTIRAK
- Предельные теоремы для семейства моментов первого достижения возмущенным Марковским случайным блужданием , опмсываемом процессом авторегрессии первого порядка (AR(1)). Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı Respublika elmi konfransının materialları 17-18 may Bakı 2018. səh. 187-188.
- Central limit theorem for Markov random walk described by the antoregressive process of order one (AR(1)). International Workshop dedicated to the 80th amiversary of an academician Mirabbas Geogla Gasimov, Spectral theory and it`s applications. Bakı 7-8 iyun 2019. səh. 100-101. https://www.imm.az/exp/n%C9%99srl%C9%99r-2019/
- Об одном семействе моментов первого пересечения уровня случайным блужданием, описываемом процессом типа авторегрессии первого порядка. Azərbaycan Xalq Cumhuriyyətinin 102-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” Respublika virtual elmi konfransinin materialları, XX 3-4 iyun 2020, səh. 224-225.
- İqtisadiyyatin dövlət tənzimləməsində davamlı inkişaf və resursların, idarəolunma probleminə dair. “Yeni dövrdə təhsil və tədqiqat reallıqlar və çağırışlar”adlı Beynəlxalq Elmi konfrans,Mingəçevir Dövlət Universiteti. 16-17 dekabr 2022,səh.163-165, https://mdu.edu.az/wp-content/uploads/2023/03/KONFR.-MATER-2022-cild-2-4.pdf
- İnvestisiya layihələrinin əsas göstəricisi – xalis cari dəyərin hesablanması. “Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır” mövzusunda elmi-praktiki konfrans,Lənkəran Dövlət Universiteti, 24 noyabr 2023, səh. 132-133
- Central limit theorem for the some Markov random walk. Ramin Mahmudzadənin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “İnformasiya texnologiyaları, süni intellekt,böyük verilənlər: müasir tendensiyalar,perspektivli tədqiqatlar”mövzusunda Respublika elmi-praktik konfrans. 25-26 noyabr 2025, səh.525-527 https://bdu.info.az/storage/files/56/yeni%20material.pdf
- On the family of first passage times for the level by sums of values of the avtoregressive process AR(1). Transaction Nathional Acad.Sci.Azerb.Ser.Phys.-Tech.Mth.Sci, 2026.
- On the family of first passage times for the level by sums of values of the avtoregressive process AR(1). Azerbaijan journal of mathematics. (Q2 scopus). 2026.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət