Diferensial tənliklər ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün ilkin müzakirəsi keçiriləcəkdir.
06 oktyabr 2023-cü il tarixində, saat 13:00-da BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Riyazi fizika tənlikləri,Tətbiqi riyaziyyat və Tətbiqi analizin riyazi üsulları kafedralarının birgə iclasında 1211.01– Diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasının dosenti Zakir Fərman oğlu Xankişiyevin riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Xüsusi törəməli diferensial tənliklər üçün bəzi məsələlərin ədədi üsullarla həlli” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilərlər. Otaq: 204
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlığı.