İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında seminar keçiriləcək
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası
28 dekabr 2022-ci il saat 13-30 BDU, Yeni bina, otaq 321
b/m Hacıyev Rəmzi Niyazi oğlu
Mövzu: “İnformatika fənninin tədrisinin istiqamətlərinin araşdırılması”
Xülasə
Ümumtəhsil məktəblərində “Informatika” fənninin - məktəb informatikasının qarşısında qoyulan əsas məqsəd gənc nəslin müasir informasiya cəmiyyətində aktiv fəaliyyətə başlaması üçün informasiya texnologiyaları sahəsində lazımı baza biliklərinin mənimsəməsinə və praktiki vərdişlərin əldə etməsinə nail olmaqdan, həm də başqa fənlərin daha da dərindən öyrənilməsi üçün əlverişli zəminin yaradılmasından ibarətdir.
İnformatikanın müxtəlif istiqamətlərdə tədrisinin əsas məzmunu, araşdırılmalı olan mövzuları, onlar arasında əlaqələr, istiqamətlərin xüsusiyyətləri müqayisəli təhlil edilir, ən çox diqqət verilməli olan məsələlər müəyyənləşdirilir.