Tələbə Elmi Cəmiyyəti

Azərbaycan  Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixi 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi iıə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Bakı Dövlət  Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində də Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilatın idarə heyətində sədr, sədrin  müavinləri və aktiv üzvlər də daxil olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində hazırda 1000-dən yuxarı bakalavr, 140 nəfərə yaxın magistrant təhsil alır. 

Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:
• Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər 
• Intellektual oyunların təşkili 
• Fakültədaxili olimpiada yarışlarının keçirilməsi 
• Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi 
• Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini
Fakültə TEC-in işi güc­ləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi kon­franslarda məruzələri dinlənilir. Ali məktəb­lər­arası fənn olimpiadalarına hazırlıq məqsədilə məş­ğələlər təşkil olunur.

Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
TEC dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Cəmiyyəti də tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını  təmin edir.

Tələbə Elmi Cəmiyyətinin (TEC) 2020-ci il HESABATI
Tələbə Elmi Cəmiyyətinin idarə heyətinin üzvləri

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət