İSTİQAMƏT: : Texnoloji proseslərin identifikasiyası və kompüter modelləşdirilməsi
Mövzunun aktuallığı: Biologiya, ekologiya, kimya, neftkimyası və bir digər sahələrdə baş verən proseslərin dinamikasının hesablanması üzrə müasir məsələ qoyuluşları çoxsaylı hesablamalar tələb edir. Digər tərəfdən müasir ölçmə qurğuları nə qədər yaxşı inkişaf etsə də elə əlçatmaz nöqtələr var ki, mürəkkəb obyektlərin bütün nöqtələrində ölçmələr aparmaq çox vaxt mümkünsüz olur, ona görə həmin nöqtələrdə proseslərin vəziyyət dinamikasına yalnız onların kompüter modelləri hesabına nəzarət və bu cür prosesləri idarə etmək mümkün olur.
Mövzunun məqsədi. Adi və xüsusi törəməli diferensial tənliklərlə təsvir olunan sistemlərə nəzərən hesablama, identifikasiya və optimal idarəetmə məsələlərinin qoyuluşları tədqiq olunmaqla, proseslərin yeni məsələ qoyuluşlarının və kompüter modellərinin işlənməsi.
Mövzunun yenilik dərəcəsi: Tədqiq olunan mövzu çərçivəsində məsələ qoyuluşları yenidir, qoyulan məsələlərin ədədi həlli üçün isə mövcud və yeni ədədi həll üsullarının işlənməsi təklif edilir. Bəzi texniki və texnoloji proseslər üçün əvvəllər həlli mümkün olmayan məsələlər üçün isə müasir kompüter modellərinin qurulması nəticəsində yeni nəticələrin alınması gözlənilir.
Tətbiq sahəsi: İşdə tədqiq olunan məsələlər biologiya, ekologiya, kimya, neftkimyası və bir digər sahələrdə baş verən texnoloji proseslərinə avtomatlaşdırılmış nəzarət və idarəetmədə tətbiq edilə bilər. Eyni zamanda mövzu çərçivəsində təklif olunan bəzi üsullar müxtəlif təyinatlı şəbəkələrdə təhlükəsizlik sahəsində tətbiq oluna bilər.