Elmi istiqamət və elmi-tədqiqat mövzulari

İSTİQAMƏT: Iqtisadi , ekoloji  və sosial proseslərin sistemli analizi.
ROBLEM: Iqtisadi-sosial proseslərin sistemli analizi
MÖVZU : Qeyri-müəyyən şəraitli qərar qəbuletmə məsələlərinin təhlili və tədqiqində iqtisadi-riyazi modelləşdirmənin müasir prinsiplərinin tətbiqi.
Mövzunun məqsədi ,qarşıya qoyulan məsələləri və aktuallığı: Məlumdur ki,qeyri-müəyyənlik şəraitində (yəni, baxılan prosesdə heç olmasa bir naməlum faktor varsa) hər bir problemin vəziyyəti qeyri-müəyyəndir. Qeyri-müəyyənlik müxtəlif faktorlarla əlaqəli ola bilər, məsələn, əmtəəyə olan tələbin qeyri-müəyyənliyinin tədqiqi təsadüfi faktorlu modellər sinfinə aid olunur. Stoxastik qeyri-müəyyənliklər şəraitində qərar qəbul etmə məsələsinin formalizə edilməsi üçün ehtimal nəzəriyyəsi aparatından,bu aparatın əsasında formalaşmış stoxastik həllər və kütləvi xidmət nəzəriyyəsindən, interval hesabının metodlarından  uğurla istifadə etmək olar.
Beləliklə, qeyri-dəqiq faktorlu modellərin təhlilində isə qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə məsələləri çox müxtəlifdir və çətinlik dərəcəsinə görə determinik, yəni qeyri-müəyyənliyi olmayan məsələlərə nisbətən daha mürəkkəbdir.Bu baxımdan iqtisadiyyatın dövlət tənzimləməsində innovasiya cəlbediciliyi probleminin öyrənilməsi və təhlili Respublikamızda iqtisadi artım keyfiyyətinin qiymətləndirilməsi qeyri-müəyyənliklə bağlı bir sıra mühüm göstəricilərin əhatəli analizini tələb edir.
İşdə son illərin aktual mövzularından olan qeyri-müəyyənlik və risk şəraitli sosial-iqtisadi yönümlü proseslərin təhlilində müasir elmi yanaşmaların , o cümlədən tətbiqi riyaziyyatın görkəmli nümayəndələrindən olan L.Zadənin “Qeyri-səlis” çoxluqlar nəzəriyyəsi aparatından və ekspert qiymətləndirilməsi üsullarından istifadə olunmuşdur.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət