Mövzunun adı: Təsadüfi dolaşmalarla ifadə olunan məsələlərin həlli
Mövzunun aktuallığı - Məlum olduğu kimi təsadüfi dolaşmalar ehtimal nəzəriyyəsində geniş tədqiq olunan proseslər sinifindəndir. Belə ki, müasir fizikanın, stoxastik maliyyə və sığorta nəzəriyyəsinin, həmçinin, statistik hipotezlərin yoxlanılması məsələlərinin öyrənilməsi təsadüfi dolaşmalara gətirir. Bütün bunlar baxılan mövzunun aktuallığını şərtləndirir.
Məqsədi - AR(1) avtoreqressiv prosesin riyazi gözləməsi və dispersiyası üçün asimptotik ayrılışların alınması.
Yenilik dərəcəsi- Alınmış nəticələr yenidir.
Tətbiq sahəsi: Həyəcanlanmış Markov təsadüfi dolaşmalar nəzəriyyəsi üçün bir sinif xətti və qeyri-xətti sərhəd məsələləri həll olunmuşdur. Alınmış nəticələrin statistik fərziyyələrin yoxlanılması nəzəriyyəsinə mümkün tətbiqləri araşdırılmışdır
Mövzunun adı: Relaksasiya və reduksiyanın tətbiqi ilə riyazi proqramlaşdırmanın bəzi məsələlərinin həlli yolları.
Mövzunun aktuallığı - Təklif olunan həll sxeminin həm praktiki həm də nəzəri əhəmiyyəti göstərilib.
Məqsədi: - Böyük ölçünun həll prosesində yaratdığı problemləri aradan qaldırmaqdır.
Yenilik dərəcəsi: - Üsul tamamilə yeni üsuldur.
Tətbiq sahəsi: - Balans modelinə görə qurulan qərar qəbuletmə məsələlərinin həllində və neft quyularının dinamik rejimdə istismarında qarşıya çıxan məsələlərinin həllində tətbiqi.