İstiqamət: Riyaziyyat
Problem:Qeyri-xətti sistemlərin optimal identifikasiyası
Mövzu: Xüsusi törəməli tənliklər və onların fərq analoqları üçün optimal idarəetmə məsələləri
Mövzunun məqsədi, qarşıya qoyulan məsələləri və aktuallığı
Xüsusi törəməli diferensial tənliklər və onların diskret analoqları üçün qoyulmuş yeni optimal idarəetmə məsələlərinin korrektliyinin araşdırılması, bu məsələlərdə optimallıq üçün əlamətlərin çıxarılması və onların ədədi həll üsullarının hazırlanması. Baxılan optimal idarəetmə məsələlərinin qoyuluşu yenidir və bu sahədə məlum olan işlərdən mühüm şəkildə fərqlənir. Praktikanın müxtəlif sahələrində xüsusi törəməli diferensial tənliklər üçün optimal idarəetmə məsələləri yaranır və onların riyazi cəhətdən tədqiq olunması mühüm əhəmiyyət kəsb edir. İşdə alınmış nəticələr praktikada rast gələn istilikkeçirmə, diffuziya, süzülmə, rəqsi və s. proseslərində yaranan optimal idarəetmə məsələlərinin ədədi həlli üçün istifadə oluna bilər.