Elmi istiqamət və elmi-tədqiqat mövzulari

İstiqamət: Tətbiqi riyaziyyat
Problem:  Diferensial tənliklər nəzəriyyəsi. Xüsusi törəməli diferensial tənliklər üçün bəzi tətbiqi  əhə miyyətli məsələlərin  və dife -rensial operatorların müvafiq spektral nəzəriyyəsinin təd -qiqi.
Mövzu: Bəzi adi diferensial operatorların spektral xarakteristikalarının tədqiqi və uyğun xüsusi törəməli dife -rensial tənliklər üçün sərhəd məsələlərinin kontur inteqralı, çıxıqlar və ədədi üsullarla həlli.
Əsaslandırma:  Təbiətşünaslığın bir çox məsələləri xüsusi törəməli diferensial tənliklər üçün məsə-lələrin həllinə gətirilir. Bu tipli məsələlərin həllində kontur inteqralı, çıxıqlar və ədədi üsullardan istifadə olunur. Bu zaman, bir çox hallarda,  diferernsial operatorların spektral nəzəriyyəsinin  tədqiqi də tələb olunur.

Mövzunun adı: Bəzi adi diferensial operatorların spektral xarakteristikalarının tədqiqi və uyğun xüsusu törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin kontur inteqralı, çıxıqlar və  ədədi üsullarla həlli.
Mövzunun aktuallığı: Hesabat ilində tədqiq olunan bütün məsələlər üçün  həll alqoritmləri işlənib hazırlanıb  və ya məlum üsullardan istifadə etməklə bu məsələlər həll edilib.
Məqsədi: Bu tipli məsələlərin həlli üçün məlum  çıxıqlar, kontur inteqralı və ədədi üsullardan istifadə etməklə,  baxılan məsələlər həll edilib və bu üsullar əsaslandırılıb.
Yenilik dərəcəsi və tətbiq sahəsi: Hesabat ilində tədqiq olunan bütün məsələlər yenidir. Bu məsələlərin həlli üçün yeni alqoritmlər hazırlanıb və bu alqoritmlərin baxılan məsələlərin həllərinə tətbiqi əsaslandırılıb. Mexanika, fizika, biologiya, ekologiya və s. sahələrdə meydana çıxan məsələlər xüsusi törəməli diferensial tənliklər üçün məsələlərin həllinə gətirilir. Hesabat ilində də  istilikkeçirmə və bəzi rəqs proseslərinin öyrənilməsi ilə bağlı məsələlər tədqiq edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət