Elmi istiqamət və elmi-tədqiqat mövzulari

İstiqamət: Riyaziyyat
Problem: Diskret riyaziyyat və riyazi kibernetika
Mövzu:1. Bəzi mürəkkəb dinamik sistemlər üçün   optimall idarəetmə məsələlərinin  keyfiyyət tədqiqi  nəzəriyyəsi
Mövzunun məqsədi, qarşıya qoyulan  məsələləri və aktuallığı: Məqsəd bəzi inteqro-diferensial və fərq tənliklərilə təsvir olunan gecikməyə malik  proseslərdə yeni optimallıq şərtlərini almaqdır. Mövzunun məqsədi baxılan optimal idarəetmə məsələlərində optimallıq üçün yeni birinci və ikinci tərtib zəruri şərtlər almaqdır. Alınacaq nəticələr bir çox paylanmış və toplanmış parametrli proseslərin öyrənilməsində və optimal idarə olunmasında istifadə oluna bilər. Bəzi  nisbətən sadə diferensial və fərq tənlikləri ilə təsvir olunan optimal idarəetmə məsələlərinin keyfiyyət nəzəriyyəsi kifayət qədər tam öyrənilmişdir. Lakin müəyyən mürəkkəb xarakter daşıyan tənliklərlə təsvir olunan idarə məsələləri çox az tədqiq edilmişlər. Bunu nəzərə alaraq inteqro-diferensial, inteqral tənliklər, Quras-Darbu məsələlərinin fərq analoqu ilə təsvir olunan bəzi mürəkkəb proseslərin keyfiyyət tədqiqini etmək nəzərdə tutulur.

Mövzu 2:   Bəzi diskret optimallaşdırma məsələlərinin tədqiqi
Mövzunun məqsədi, qarşıya qoyulan  məsələləri və aktuallığı: Verilmiş mövzuda geniş sinif diskret optimallaşdırma məsələləri üçün lokal (təqribi) alqoritmlər üçün xətaların tapılması. Alınmış nəticələr təqribi alqoritmlərin keyfiyyətcə araşdırmasına xidmət edir. Bu nəticələr geniş bir sinifin lokal alqoritmlər vasitəsilə tapılmış həlləri keyfiyyətini yaxşılaşdırılmasına xidmət edir.Məlumdur ki, diskret optimal məsələləri üçün həmişə dəqiq həllin tapılması effektiv deyil.Ona görə də belə məsələlər üçün təqribi alqoritmlərdən istifadə edilir. Belə alqoritmlər üçün isə əsas məsələ həmin alqoritmlərin xətalarının tapılmasıdır.Deməli yeni daha effektiv təqribi həll alqoritmlərinin işlənməsi və onların optimal həlldən olan xətalarının qiymətləndirilməsi kimi məsələlər qarşıya çıxır. Digər tərəfdən diskret optimallaşma məsələri iqtisadiyyatda və texnikada mühüm əhəmiyyət kəsb etdiyindən , belə mövzunun aktuallığı heç bir şübhə doğurmur.

 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət