Texnika üzrə fəlsəfə doktoru, müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1990-cı il yanvarın 11-də Bakıda anadan olub.
1996-2007-ci illərdə Bakı şəhərində, 160 saylı Klassik gimnaziyada oxuyub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2007-2011-ci ilərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr təhsili alıb.
2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistr təhsili alıb.
2014-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasına 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə əyani doktoranturasına qəbul olmuş və 2018-ci ildə uyğun ixtisas üzrə “Qarşılaşan axınları olan kütləvi xidmət sistemlərinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
ƏMƏK FƏALİYYƏTİ
2009-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 0,5 ştat b/laborant vəzifəsində işləmişdir.
2014-2017-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında saathesabı qaydada dərs aparmışdır.
2017-2018-ci illərdə Cybernet firmasında layihələrin tərtibatçısı vəzifəsində işləmişdir.
2020-ci ildən Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında müəllim vəzifəsində işləyir.
TƏDRİS ETDİYİ FƏNLƏR
İnformasiya sistemləri və verilənlər bazası, Paralel və paylanan hesablamalar.
TƏDQİQAT SAHƏSİ
Qarşılaşan axınları olan kütləvi xidmət sistemlərinin tədqiqi; informasiyanın işlənməsinin paylanmış sistemləri
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
"İnformatika və sistem elmləri" VI Ümum Ukrayna Beynəlxalq elmi-praktiki konfrans, Ukrayna, 2015
"İnformasiya Texnologiyaları və Riyazi Modelləşdirmə" XIV, XV, XVI Beynəlxalq Konfransı, Rusiya, 2015, 2016,2017
"İnternet-Təhsil-Elm” X, XII Beynəlxalq elmi-praktiki konfrans, Ukrayna, 2016, 2020