FAKÜLTƏ HAQQINDA

Əziz abitruyentlər!

Bakı Dövət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi ölkəmizdə computer elməri və informatika ixtisaslarına liderlik edən elm-təhsil mərkəzidir. Hal-hazırda fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 1500-ə qədər tələbə 20 ixtisas və ixtisaslaşma üzrə azərbaycan, rus və ingilis dillərində, əyani formada  təhsil alır.  Beynəxalq akkrditasiya agentliyi İQAA tərəfindən akkreditə olunmuş ixtisaslaşmalar beynəlxalq aləmdə tanınır. Bu ixtisaslar hər il əmək bazarının tələbləri nəzərə alınaraq modernləşdirilir və elm və sənaye üçün tələb olunan ixtisasçılar hazırlanır. Fakültə çox istiqamətli olub elm-təhsil, pedaqoji və texnoloji model üzrə formalaşıb və nəzdində 1 tədris  laboratoriyası ilə inteqrasiya olunmuş 8 kafedradan ibarətdir. Komputer elmləri, İnformasiya təhlukəsizliyi və İnformatika müəllimliyi istiqamətləri üzrə müxtəlif sahələrdə  elmi-tədqiqat işəri aparmaq üçün maddi-texniki bazaya malikdir. Birinci kursdan təəbələr elmi-tədqiqat işərinə cəlb olunurlar. Onların elmi-tədqiqat işlərinə 2 akademik, 19 professor, 37 dosent ümumilikdə 80 professor-müəllim heyəti rəhbərlik edir. Bu məqsədyönümlü və əməksevər tələbələrin öz potensiallarını ortaya qoymaq, dərin bilik əldə etmək, təcrübə və lazımi kompetensiyaları qazanmağa imkan verir.

Əziz abitruyentlər!

Siz BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçməklə öz həyatınızda ən mühüm qərarlardan birini qəbul etmiş olacaqsınız. Bununla Siz  bu divarlar arasında formalaşaraq rəqabət qabiliyyətli və tələb olunan ixtsasçı olacaqsınız. Bu qərar çox məsuliyyətlidir, çünki o təkcə Sizin intellektual və yaradıcı potensialınızın həyata keçməsinə yox, bütünlükdə Sizin taleyinizi müəyyən edəcəkdir. Əgər Siz gələcəyiniz üçün əmin olmaq istəyirsinizsə, əgər Siz əmək bazarında tələb olunan ixtisasçı olmaq istəyirsinizsə, əgər Siz hərtərəfli, aktiv  tələbə həyatı arzulayırsınızsa Bakı Dövət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olun.  Bizim qapılarımız üzünüzə açıqdır və biz Sizin hər birinizi gözləyirik.

Fakültədə bakalvr səviyyəsi üzrə 3 ixtisasda kadr hazırlanır:

Komputer elmləri ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr bank, sığorta, maliyyə müəssisələrində, proqramlaşdırma profilli elmi tədqiqat institutlarında işləyə bilər.
İnformatika müəllimliyi ixtisasını bitirən tələbələr informatika müəllimi ixtisasına yiyələnir. Onlar ölkəmizin orta məktəblərində, liseylərində informatika müəllimi kimi informatika fənnini yüksək səviyyədə tədris edə bilərlər.
İnformasiya təhlukəsizliyi ixtisasında bank, nəqliyyat, rabitə, yüksək texnologiyaları, özəl şırkətlərdə yüksək ixtisaslı mütəxəssislər kimi işləyə bilər.

Fakültə dekanı.

Əziz abitruyentlər!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul I ixtisas qrupları üzrə aparılır. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət