“Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrası 1990-cı ildə Bakı Dövlət Univesitetinin mexanika-riyaziyyat fakültəsində akademik Y.V.Proxovun tövsiyyə məktubu əsasında yaradılmışdır. 1990-2000-ci illərdə kafedranın müdiri f.r.e.d., prof. Nadir Süleymanov olmuşdur. 2000-ci ildə kafedra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə köçürülmüş və kafedraya 15 il müddətində akademik Asəf Hacıyev rəhbərlik etmişdir. Bu müddətdə kafedra ciddi inkişaf yolu keçmişdir. Kafedrada 3 elmlər doktorluğu və 7 elmlər namizədliyi dissertasiyası hazırlanıb müdafiə olunmuşdur. Həmin dövrdə kafedrada yeni dərs vəsaitləri çap olunmuş, dünyanın nüfuzlu elm mərkəzləri və universitetləri ilə əlaqələr qurulmuşdur. Bu əlaqələr bu gün də davam etməkdədir.
2015-2024-cü illərdə kafedra "Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi" adı altında fəaliyyət göstərib. "Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi" kafedrası «Tətbiqi riyaziyyat və kibernetika» fakultəsinin nəzdində 2015-ci ildə iki kafedranın (“Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə” və “Ehtimal nəzəriyyəsi və riyazi statistika”) birləşdirilməsi nəticəsində yaradılmışdı. Kafedranın ilk müdiri akademik Cəlal Allahverdiyev, sonra isə dosent Rafael Həmidov olmuşdur.
2022-ci ilin fevral ayında kafedra müdiri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Rövşən Telman oğlu Əliyev seçilmişdir. 2024-cü ildə kafedranın adının dəyişdirilərək yenidən “Ehtimal nəzəriyyəsi və riyazi statistika” adlandırılması haqqında qərar qəbul edilmişdir.
Təhsilin bakalavr pilləsi üzrə tədris olunan fənlər:
"Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrası BDU-nun «Tətbiqi riyaziyyat və kibernetika», «Mexanika riyaziyyat» və «Fizika» fakültələrində tədris fəaliyyəti aparır.
Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyazi modelləşdirmə, İqtisadiyyatın oyun məsələləri, Qərar qəbuletmənin əsasları, Aktuar riyaziyyat.
Kafedrada 4 ixtisas üzrə magistr hazırlığı aparılır:
- «Ehtimal nəzəriyyəsi və riyazi statistika» ixtisası üzrə tədris olunan fənlər:
- Ehtimal nəzəriyyəsinin riyazi əsasları
- Ehtimal nəzəriyyəsinin əlavə fəsilləri
- Aktuar riyaziyyatın əsasları
- Təsadüfi proseslər nəzəriyyəsi
- Təsadüfi kəmiyyətlərin cəmi üçün limit teoremləri
- Stoxastik modellər
- Riyazi statistika
- Statistik praktikum
- Kütləvi xidmət nəzəriyyəsi
- Reqressiya və dispersiya analizi
- Ehtimal nəzəriyyəsinin tətbiqi məsələləri
- «Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili» ixtisası üzrə tədris olunan fənlər:
- Bərpaetmə nəzəriyyəsi
- Ardıcıl statistik analiz
- Mürəkkəb sistemlərin stoxastik analizi
- Stoxastik maliyyə riyaziyyatının əsasları
- Kütləvi xidmət nəzəriyyəsi
- Təsadüfi proseslər nəzəriyyəsi
- Ehtimal nəzəriyyəsinin əlavə fəsilləri
- Riyazi statistika
- Kompyuter statistikası
- Təsadüfi kəmiyyətlərin cəmi üçün limit teoremləri
- Stoxastik analiz
- «Əməliyyatlar tədqiqi və sistemli təhlil»ixtisası üzrə tədris olunan fənlər:
- Kollektiv qərar qəbul etmə məsələləri
- Dinamik proqramlaşdırma modelləri
- Stoxastik riyazi modellər
- Qərar qəbuletmənin riyazi əsasları
- Çoxkriteriyalı məsələlərdə qərar qəbuletmə
- Tətbiqi funksional analiz
- Böyük ölçülü sistemlər
- İqtisadiyyatda əməliyyatlar tədqiqi
- Qeyri-səlis riyazi modellər
- Oyunlar nəzəriyyəsinin əsasları
- İqtisadi sistemlərdə paylanma məsələləri
- «Riyazi modelləşdirmə»ixtisası üzrə tədris olunan fənlər:
- Stoxastik modellər
- Qeyri-səlis riyazi modellər
- Oyunlar nəzəriyyəsi və modelləşdirmə
Beynəlxalq əlaqələr
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, V.A.Steklov adına Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, T. Şevçenko adına Ukraina Dövlət Universiteti, Ukraina Milli Elmlər Akademiyası, Riyaziyyat İnstitutu, Ukraina Milli Elmlər Akademiyası, V.Qluşkov adına Kibernetika İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutu, Razmadze adına Riyaziyyat İnstitutu (Gürcüstan), Əbdüs Salam adına Nəzəri Fizika Elmi Mərkəz (İtaliya), Üçüncü dünyanın Elmlər Akademiyası (İtaliya), Linkoln Universiteti (ABŞ), Cənubi Kaliforniya Universiteti (ABŞ), Kral Texniki İnstitut (Stokholm), Umea Universiteti (İsveç), Fern Universiteti (Almaniya, Hagen), Lisabon Universiteti (Portuqaliya), Bilkent Universitesi (Türkiyə), TOBB Ekomomi ve Teknoloji Universitesi (Türkiyə), Karadeniz Teknik Universitesi (Türkiyə), Giresun Universitesi (Türkiyə).
Kafedra əməkdaşlarının çap olunmuş metodik və dərs vəsaitləri:
- Nəsirova T.H. Ehtimal nəzəriyyəsi və riyazi statistika (metodik vəsait), Bakı, 1990
- Rəhimov F.H. Ehtimal nəzəriyyəsində yığılma məsələləri (metodik göstəriş), Bakı, 1997
- Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti (azərbaycan-ingilis-rus-türk). (müəlliflər: Allahverdiyev C., Haciyev A., Əhmədova H.), Bakı, 2002, 420 s.
- Əhmədova H. Riyazi statistika. (metodik vəsait), Bakı, 2001.
- Əhmədova H. Ehtimal nəzəriyyəsi və riyazi statistika. (dərs vəsaiti), Gənclik nəşriyyatı, Bakı, 2002, 350 s.
- Həmidov R.H., Baimov Ş.G. Əməliyyatlar tədqiqi misal və məsələlərdə. Bakı, 2002.
- Allahverdiyev C.E., Baimov Ş.G., Sultanova E.B. Riyazi modelləşdirmə. Bakı, 2004, 256 s.
- Hacıyev V.H. Ehtimal nəzəriyyəsi və riyazi statistika (metodik vəsait, rusca), Bakı, 2006, 37 s.
- Qasımov Q. Riyazi fizika tənlikləri ( ərəb dilində), (dərs vəsaiti), 2008. Liviya,672 səh
- Allahverdiyev C.E., Əhmədova H.M., Hacıyev A.H. Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası. Bakı, Elm, 2010, 1192 s.
- Əliyev R.T. Təsadüfi proseslər nəzəriyyəsinin elementləri. Trabzon, 2010, 185 s.
- Rəhimov F. Ehtimal nəzəriyyəsi və riyazi statistika. (dərs vəsaiti), Bakı, 2012, 275 s.
- Həmidov R.H., Allahverdiyeva N.K., Sultanova E.B. Matrisli oyunlar. Bakı, 2015, 91 s.
- Həmidov R.H., Allahverdiyeva N.K., Sultanova E.B. Əməliyyatlar tədqiqinin elementləri, Bakı, 2018, 232 s.
- Həmidov R.H., Allahverdiyeva N.K., Sultanova E.B. Əməliyyatlar tədqiqindən çalışmalar. Bakı, 2021, 145 s.
- Rövşən Əliyev, Vəli Bayramov, Sığorta riski proseslərinin ehtimal xarakteristikaları, Monoqrafiya Appastrof A”, Bakı, 2022, 339
- Rövşən Əliyev, Vəli Bayramov, Ehtimal nəzəriyyəsi və riyazi statistika. “Bakı Universiteti” nəşriyyatı, Dərs vəsaiti, 2022, 510 s
Kafedra əməkdaşlarının iştirak etdiyi qrant layihələri:
- Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 2011 (layihə rəhbəri: prof. F.H.Rəhimov, iştirakçılar: prof. R.T.Əliyev, dos. Ə.Cəfərova)
- Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 2014 (layihə rəhbəri: prof. F.H.Rəhimov, iştirakçılar: prof. R.T.Əliyev, dos. H.Ə.Cəfərova)
- Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 2021 (layihə rəhbəri: prof. R.T.Əliyev, iştirakçılar: prof. F.H.Rəhimov, prof. S. Ə.Əliyev, dos. H.Ə.Cəfərova, dos. İ.İbadova, dos. V.Xəlilov)