Kafedra haqqında

       “Informatika” kafedrası Tətbiqi riyaziyyat və kibernetika  fakültəsinin tərkibində Bakı Dövlət Universitetinin tədris-elm struktur bölməsi olub Ali ixtisas təhsilinin dövlət standartının “İnformatika müəllimliyi” ixtisasi, həmçinin humanitar və təbiət elmləri üzrə hazırlığın məzmununa və səviyyəsinə qoyulan minimum tələblər əasında tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması işlərini həyata keçirir. Kafedranın tərkibinə kafedra müdiri, dosentlər, baş müəllim, müəllimlər daxildirlər

      Kafedra rektorun 11.07.2000-ci il R-81 saylı əmrinə əsasən   Universitetdə yeni informasiya texnologiyalarının, kompüter texnikasının tədris prosesində geniş tətbiqinin təmin edilməsi və «İnformatika» fənninin tədrisinin keyfiyyətcə yeni mərhələyə qaldırması məqsədilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin nəzdində yaradılmış və 15 fakültədə tədris aparır.
Kafedraya yarandığı gündən 05.07.2016-cı ilə tarixinə kimi  Mübariz Sevdimalı oğlu Xəlilov rəhbərlik etmişdir.
      Kafedranın əməkdaşları tədrislə yanaşı geniş elmi axtarışlar aparırlar. 2000-2004-cü illərdə Respublikada ilk dəfə olaraq "İnformasiya texnologiyaları və tətbiqi proqramlar mövzusunda" Respublika konfransları keçirilmişdir. Kafedrada «Qlobal şəbəkələrdə mürəkkəb əlaqələrin təşkili. Şəbəkə mühitində informasiya təhlükəsizliyi» istiqamətində elmi-tədqiqat işləri aparılır. Aparılan tədqiqat işlərində şəbəkə texnologiyasında əməliyyatların kəsilməzliyinin, paylanmış sorğuların emalının təmin edilməsi, uzaq məsafədən və çox böyük həcmli informasiya ehtiyatlarının idarə olunmasının optimal metodlarının tədqiqi araşdırılır.
Kafedranın hazırladığı fənn proqramlarından, dərsliklərdən, metodik göstərişlərdən respublikanın bir sıra ali tədris müəssisələrində, TQDK-da magistraturaya qəbul imtahanlarında istifadə edirlər. 05.07.2016-cı ilə tarixindən 15.09.2018- ci ilə qədər kafedraya . K.R.Ayda-zadə rəhbərlik etmişdir. 05.07.2019- cu il tarixdən kafedraya  Mübariz Sevdimalı oğlu Xəlilov rəhbərlik edir. Kafedrada  7 dosent,  1 baş müəllim,1 müəllim, 1 laborant çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət