Bakı Dövlət Universitetinin “ Riyazi iqtisadiyyat və iqtisadi – ekoloji sistemlərin modelləşdirilməsi” kafedrası (hal-hazırda İqtisadi kibernetika kafedrası adlanır) Bakı Dövlət Universitetinin rektorunun 15 may 1996-cı il tarixli, 16 saylı protokolu ilə “Tətbiqi riyaziyyat və kibernetika “fakültəsinin nəzdində təşkil olunmuşdur. Kafedranın yarandığı gündən 2006-cı ilədək ona prof. Əli Teymur oğlu Nağıyev rəhbərlik etmişdir.2006-cı ildən 2014-cü il noyabrın 16-dək kafedra müdiri prof. i.e.d Namiq Faiq oğlu Tağıyev olmuşdur.2015-ci il yanvarın 15-də müsabiqə yolu ilə dosent.,t.e.n. Fərhad Əlif oğlu Mirzəyev kafedra müdiri vəzifəsinə seçilmişdir. Kafedra uzun illərdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə istedadlı məktəb şagirdlərinin üzə çıxarılması , seçilməsi və onların müxtəlif ranqlı riyaziyyat olimpiadalarında iştirakına birbaşa rəhbərlik edir. Kafedranın dosenti, əməkdar müəllim Quliyev Rafiq Meyxoş oğlu Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının münsiflər heyətinin sədridir.