KAFEDRA HAQQINDA
"Riyazi fizika tənlikləri" kafedrası 1964-cü ildə akad.Məcid Lətif oğlu Rəsulovun rəhbərliyilə fəaliyyətə başlayıb. Akademik M.L. Rəsulov keçviş SSRİ-məkanında tanınmış və görkəmli riyaziyyatçılardan biri olmuşdur. O, 1916-cı ilin iyun ayının 6-da Şəki şəhərində anadan olmuşdur. M.L.Rəsulov 1960—cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İstitutunda “ Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin çıxıqlar üsulu ilə həlli” mövzusunda doktorluq dissertasiyasını müvıffəqiyyətlə müdafiə etmişdir. 1964-cü ildə professor M.L. Rəsulovun Moskvanın Nauka nəşriyyatında “Метод контурного интеграла” fundamental monoqrafiyası çap edilmişdir. Bu monoqrafiya 1967-ci ildə “Nort Holland Publişing Company” şirkətinin sifarişi ilə ingilis dilinə tərcümə edilərək Amsterdam, London və Nyu-York şəhərlərində böyük tirajla çap olunmuşdur. M.L. Rəsulovun ikinci samballı monoqrafiyası “Применение метода контурного интеграла” 1975-ci ildə yenə də Moskvanın Nauka nəşriyyatında çap olunmuşdur.”Elm” nəşriyyatı (Bakı) 1989 -cu ildə M.L. Rəsulovun “Примененние вычетного метода к решению задач дифференциальных уравнений” adlı yeni orijinal monoqrafiyasını çap etmişdir. Adları qeyd olunan monoqrafiyalardan başqa M.L. Rəsulov 100-dən çox elmi məqalənin müəllifidir. Professor M.L. Rəsulov 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Dünya şöhrətli alim, akademik M.L. Rəsulov 1993-cü ildə Bakıda vəfat etmiş və “Fəxri Xiyaban” da dəfn olunmuşdur.
Riyazi fizika tənlikləri kafedrasına 1991-1992-ci illərdə prof. Fərhad Vəli oğlu Hüseynov rəhbərlik etmişdir.
1993-cü ildən kafedraya akademik Yusif Əbülfət oğlu Məmmədov rəhbərlik edir. Hal-hazırada kafedrada 1 akademik, 5 dosent və 2 baş laborant çalışır.