Kafedra haqqında

"Tətbiqi analizin riyazi üsulları" kafedrası 2002-ci ilin fevralında Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Kafedraya  Mex.e.d., professor əvəzi Fətullayeva Laura Faiq qızı rəhbərlik edir. Kafedrada 1 akademik,  2 professor, 1 professor əvəzi, 4 dosent, 1 baş müəllim, 1 baş laborant çalışır.

2020-2023-cü illər üçün kafedrada Elmi istiqamət

“Tətbiqi analizin riyazi üsulları” kafedrasında “Tətbiqi riyaziyyat” istiqaməti üzrə “Qeyri-bircins anizatropik örtüklərin asimptotik nəzəriyyəsinin qurulması” probleminin həlli üçün elmi-tədqiqat işləri aparılır.

Kafedrada çap olunmuş dərslik və proqramlar

  1. Əhmədov N.Q. Determinantlar nəzəriyyəsi. Bakı-2002. Metodik göstəriş.
  2. Mehdiyev M.F., Şərifov Y.Ə. Ədədi və funksional sıralar. Bakı-2004. Dərs vəsaiti.
  3. Мехтиев М.Ф. Асимптотический анализ некоторых пространственных задач теории упругости для полых тел. «Elm» nəşriyyatı-2008. 320 s.
  4. Mehdiyev M.F.,  Əhmədov R.H., Eyvazov E, Şərifov Y.Ə. Ədədi üsullar. Bakı-2008. Dərslik.
  5. Əhmədov R.H., Fomina N.İ., Məmmədova N.B. Ədədi üsullar. Bakı-2017. Fənn proqramı .
  6. Мехтиев М.Ф. Метод однородных решений в анизотропной теории оболочек. “Çaşoğlu”, Баку, 2009
  7. Mehdiyev M.F., Şərifov Y.Ə., Cəbrayılov Ş.İ., Məmmədova N.B. Ədədi üsullardan məsələ və misallar. ”Təknur”, Bakı, 2011.
  8. Мехтиев М.Ф., Фомина Н.И., Ахмедов Р.Г. Приближённые методы вычислений. “Bakı Universiteti” nəşriyyatı, Bakı, 2014, 233 s.
  9. Mehdiyev M.F.,V.Şirinov və b. Proqramlaşdırma texnologiyalarında hesablama üsulları. Zərdabi LTD” MMC 2015, 239 s.
  10. Mekhtiev M.F. Vibrations of holloü elastic bodies. Monoqrafiya. Springer, 2018.
  11. Mekhtiev M.F. Asymptotic analysis of spatial problems in elasticity. Monoqrafiya. Springer, 2019.
  12. Əliyev N.Ə., Əhmədov R.H., Məmmədov O.M. Riyazi məntiqə giriş.
  13. Məmmədov O.M. Cəbrə giriş. “Bakı Universiteti” nəşriyyatı.
  14. Mekhtiev M.F., Mustafaeva E. Problems and exercises on numerical methods. Dərs vəsaiti, Baku: pub.house, inglis, “Elm” nəşr, 2021, 133 s.
  15. Фатуллаева Л.Ф., Фомина Н.И. Задачи и упражнения по численным методам – 1. Пособие. Типография «Фуюзат», 2021, 224 с.
  16. Məmmədov O.M. Cəbrin əlavə fəsilləri: Universal Cəbr. Dərs vəsaiti, Bakı, “Füyüzat” nəşriyyatı. 2021, 99 s.
  17. Məmmədov O.M. Cəbrlər, ko-cəbrlər və onların tətbiqləri. Dərs vəsaiti, Bakı, “Füyüzat” nəşriyyatı, 2021, 89 s.
  18. Fətullayeva L.F., Şərifov Y.Ə., Tağıyev H.T. "Riyazi analiz". Tədris proqramı. 2021, 16 s.
  19. Fətullayeva L.F., Məmmədov O.M. Vektor fəzaları, qruplar və Meydanlar. Dərs vəsaiti, Bakı, “Füyüzat” nəşriyyatı, 2022, 177 s.

Akademik, f.r.e.d., professor Mehdiyev M.F. Universitetin nəzdində yaradılmış ixtisaslaşmış FD 2.17 Dissertasiya Şurasının sədridir. Kafedra müdiri, mex.e.d., prov. əvəzi Fətullayeva Laura Faiq qızı FD 2.17 Dissertasiya Şurasının elmi katibi, kafedranın müəllimləri f.r.e.d., prof. Şərifov Yaqub Əmiyar oğlu, f.r.e.d., prof. Əliyev Nihan Əlipənah oğlu FD 2.17 Dissertasiya Şurasının üzvləridir. 

Tədris olunan əsas fənlər:

Bakalavr pilləsi üzrə: Ədədi üsullar, Riyazi analiz, Cəbr, Analitik həndəsə.
Magistratura pilləsi üzrə: Koşi-Riman tənliyi üçün məsələlərin həlli və onların kompüter realizasiyası, Inteqro-diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli məsələlərin həlli və onların kompyüter realizasiyası, Yüklənmiş diferensial tənliklər üçün məsələlərin həlli və onların kompyüter realizasiyası, Tətbiqi riyaziyyatın bəzi məsələləri və onların kompyüter realizasiyası, Kəsr tərib törəməli diferensial tənliklər üçün məsələlərin həlli və onların kompyuter realizasiyası, Funksional fəzalarda optimallaşdırma üsulları, Kəsr tərtibli diferensial və inteqral hesabı və onların tətbiqi, Variyasiya üsullarinin təbiətşünasliğin bəzi məsələlərinə tətbiqi, Diferensial və inteqral tənliklər üçün bəzi məsələlərin ədədi üsulları, Dayanıqsız optimallaşdırma məsələlərinin həll üsulları, Xüsusi funksiyalar və onlarin təbiətşünasliğin bəzi məsələlərinə tətbiqi, Bioloji və təbiət proseslərinin riyazi modelləşdirilməsi, Iqtisadi sistemlərin riyazi modelləri, Riyaziyyatın müasir problemləri.

Kafedra Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzi, Cənub Federal Universiteti, Sankt-Peterburq, Rostov, Kuban, Kazan dövlət universitetləri (Rusiya), Kiyev, Dnepropetrovsk, Donetsk universitetləri (Ukrayna), Beer-Şeva (İsrail), Kemberq (İngiltərə), Keele (İngiltərə) universitetləri ilə elmi-yaradıcılıq əlaqələri saxlayır.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət