Kafedra haqqında

"Tətbiqi riyaziyyat" kafedrası 1972-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin göstərişi ilə və Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarı ilə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinin bazasında yaradılmışdır. Kafedranın ilk əməkdaşları Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) həqiqi üzvü, f.r.e.d., professor M.G.Qasımov, dosent M.A.Vəliyev, baş müəllim S.R.İbrahimov və assistent K.S.Məmmədov, maddi texniki bazası isə hesablama laboratoriyası və SM-4 elektron hesablama maşınından ibarət olmuşdur.
 
1972-2008-ci illərdə kafedraya AMEA-nın həqiqi üzvü, f.r.e.d., professor M.G.Qasımov rəhbərlik etmişdir. Hal-hazırda kafedrada  1 akademik, 6 professor, 6 dosent, 1 müəllim, 1 baş laborant çalışır. Kafedra müdiri f.r.e.d., prof. Orucov Həmzəağa Davud oğludur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  12 iyul 2017-ci il tarixli (protokol № 14-  R) tərəfindən Elşad Hətəm oğlu Eyvazova elmlər doktoru elmi dərəcəsi verilmişdir. ED № 01833. Kafedranın Azərbaycan Respublikasının Prezidenti yaninda Ali Attestasiya komissiyasının 13 sentyabr 2017-ci il tarixli (protokol Ⅶ 22-K) qərarı ilə f.r.e.n. Abbas Əli oğlu Mehdiyevə tətbiqi riyaziyyat kafedrası üzrə dosent elmi adı verilmişdir. DS №05905.

Kafedranın  professoru Nihan Əlipənah oğlu Əliyevin rəhbərliyi ilə 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə 1  doktorantı dissertasiya müdafiə etmişdir. Kafedranın  professoru İbrahim Mayıl oğlu Nəbiyevin rəhbərliyi ilə 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə 2  doktorantı dissertasiya müdafiə etmişdir.

Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar:
1. Elşad Eyvazov “Riyazi analiz-3” Həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsi. Mühazirələr və çalişmalar. Bakı.Araz. 2018.
2. Məsmalıyev H.M. Çoxdəyişənli funksiyaların diferensial hesabına dair çalışmalar. Metodik vəsait. 32s.2019.
3. N.A. Aliyev, R.N. Ahmadov, O.M. Mammadov Matrices and Groups (Azeri) Study Book, published in Baku State University Baku, Azerbaijan, 2020, 151 pages
4. T.M. Aliyev, N.A. Aliyev, K.M. Jabiyev Secrets of finite and infinite quantities (Russian) Study book, published in State Pedagogical University, Baku, Azerbaijan, 2020, 111 pages.
5. Mehemmed Mekhtiyev, Yelena Mustafayeva. Problems and exercises on numerical methods, Dərs vəsaiti, Baku: pub.house “Elm”, 2021, 133 p. Ingilis dilində.
6. Эльшад Эйвазов. Свойства магнитных операторов Шредингера и многоцентровых дифференциальных операторов высокого порядка. Monoqrafiya. “Ecoprint”, 258с . Баку-2022.
7. Feyruz Həsənov, Abbas Mehdiyev, Davud Orucov “Analitik həndəsədən çalışmalar” Bakı. 2024 Dərs vəsaiti. “Füyuzat”nəşriyyatı. 192 s.
8. Əhmədov R.H., Fomina N.İ., Məmmədova N.B. “Hesablama Riyaziyyatı”-fənn proqramı, “Füyuzat” nəşriyyatı, 1.5 ç.v. 2024.
9. N.A. Aliyev, A.A. Katz, M.B. Mursalova A New Approach to Non-Local Boundary Value Problem for the Cauchy-Riemann Equation (English) Chapter 10 of the book Research Updates in Mathematics and Computer Science Vol.1, BP International, India-United Kingdom, 2024, pp.134-142
10. M.Jahanshahi, N.A. Aliyev Discrete and Continuous Multiplicative Calculus and Applications in: Mathematics, Geometry, Approximation Theory, Economics, Population, Medicine. (English) Book, 2024, 134 pages

Beynəlxalq əlaqələr: 
Kafedra AMEA -nın Riyaziyyat və mexanika institutu, Kibernetika institutu, Moskva Dövlət Universiteti və Bakı filialı, Rusiya EA-nın Steklov adına riyaziyyat institutu, Ukrayna MEA-nın riyaziyyat və mexanika institutu, Kiyev Dövlət Universiteti, Türkiyənin Sivaş, Mersin, Yıldız, Fatih, S.Dəmirəl universitetləri, Novosibirsk DU, Rusiya EA-nın Sibir şöbəsi (Novosibirsk),  Moskva Aviasiya İnstitutu, Almaniyanın Leypsik universiteti, Amerikanın San-Fransisko, İngiltərənin Kembrec universiteti kimi tanınmış elmi müəssisələr və onlarda çalışan  görkəmli alimlərlə elmi əməkdaşlıq əlaqələri saxlayır.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət