MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT

Hörmətli alimlər və gənc tədqiqatçılar! Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində hər ilin may ayında magistr, doktorant və gənc elmi tədqiqatçıların “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika Elmi konfransı keçirilir.
Elmi konfransı keçirməkdə məqsəd  gənc tədqiqatçıların, o cümlədən magistrant və doktorantların riyaziyyatın tətbiqi sahələrində,  informasiya texnologiyaları və  iqtisadi tədqiqatlar səhəsində əldə etdikləri elmi nəticələri ilə tanış olmaq, elmin mühüm sahələrinə yönəltmək və konfransın materiallarında çap etdirməkdir.

Siz öz apardığınız elmi-tədqiqat işlərinin nəticələrinə dair əvvəllər nəşr olunmamış materialları tezislər formasında konfransın təşkilat komitəsinə təqdim edə bilərsiniz.

Tezislər 1-2 səhifə olmaqla aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:

- Tezisin adı iri hərflərlə, Times New Roman, 12 şriftlə (B) çap olunmalıdır;

- Müəllifin adı, atasının adı, soyadı, elektron ünvanı

- Tezisi göndərən müəssisə, təşkilat, firma və şəhərin adı (K)

- Tezislərin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman, 12 şriftlə (1 abzas), 1,15 intervalla, sağ və soldan 15 mm, yuxarı və aşağıdan 15 mm məsafə saxlanılmaqla çap olunmalıdır.

- Tezislər azərbaycan, rus və ingilis dillərində A5 formatda qəbul olunur.

- məruzəçinin adının altından xətt çəkilməlidir.

Təqdim olunan tezislər göstərilən tələblərə cavab vermədiyi halda qəbul olunmayacaq.

Tezisləri 15 mart 2023-ci il tarixinə qədər [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə telefonu: 994 0125105637  (Əfəndiyeva Aytəkin)       

Təşkilat Komitəsi

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət