Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan  Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixi 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi iıə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Bakı Dövlət  Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində də Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilatın idarə heyətində sədr, sədrin  müavinləri və aktiv üzvlər də daxil olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.

Fakültə HİK-in çoxşaxəli fəaliyyətinə əməkdaşlar üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı, əmək hüquqlarının müdafiəsi, əmək intizamının möhkəmləndirilməsi, diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir. HİK, həmçinin əməyin mühafizəsinə dair norma və qaydaların tələblərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinə əməl edilməsini də diqqət və nəzarətdə saxlayır.

HİK əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin  ictimai həyatında da fəal iştirak edir. Mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. HİK əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edir. Təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də fakultənin əməkdaşlarının ictimai həyata, təsərrüfat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsidir.

 

Tələbə Gənclər Təşkilatının Əsasnaməsi
(yazıya bu linki yerlesdirin: https://www.asyou.az/syo/regulations?lang=az )

Tələbə Gənclər Təşkilatlnın fakültə üzrə sədri:
Abbasova Röya Bəhram qızı-III kurs bakalavr

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədri:
Əsgərov Raul Möhübbət oğlu-III kurs bakalavr

Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri:
İskəndərli Zeynəb Azər qızı-II kurs magistr

Əlaqə vasitələri:

BDU  TGT ilə əlaqə:
Facebook: https://www.facebook.com/BDUTelebeGencler
Instagram: https://www.instagram.com/bdu_tgt
Twitter: https://www.twitter.com/tgtbdu
E-mail: [email protected]
Youtube: https://www.youtube.com/channel/UC34KAvgpwzdQtooyGINpO_g
Telefon: +994125102518

 

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət