QISA BIOQRAFIK MƏLUMAT
7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1983-1993-cü illərdə 20 saylı məktəbdə təhsil almısdır.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bakalavr pilləsi üzrə bitirmişdir.
2006-2008-ci illərdəBakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İqtisadi kibernetika” ixtisası üzrə magistratura pilləsini bitirib.
İŞ TƏCRÜBƏSİ
1999-2002 Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrufatı Komitəsinin Texnoloji İstehsalat Komplektləşdirmə idarəsi / iqtisadçı
2002-2004 Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası/baş laborant
2006-2009 Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə” kafedrası/baş laborant
2009 Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi/ tyutor
SERTİFİKATLARI
2008-2009 Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası, Bakı Dövlət Universiteti və Almaniyanın IMC şirkəti tərəfindən birgə həyata keçirdilən “Cənubi Qafqazda e-Cəmiyyətlərin İnkişafı” layihəsi çərçivəsində təlim kurslarını müvəffəqiyyətlə bitirmişdir.
2009 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Amerika Birləşmiş Ştatların Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID Azərbaycan) maliyyə dəstəyi ilə həyata keçirilən və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təşkil olunmuş Azərbaycan AKTUAR Tədris Proqramının
«Aktuar Riyaziyyatın, Etikanın və Statistikanın Əsasları» mövzusunda kursda dinləyici kimi iştirak etmişdir.
SEÇILMIŞ ƏSƏRLƏRI
2008 “Qiymətli kağızlar bazarının inkişafının təhlili” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” elmi konfransının materialları. Bakı 2008,s.86-89