Kafedra əməkdaşları tərəfindən bakalavr pilləsi üzrə Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Adi diferensial tənliklər, Diferensial tənliklər, Riyazi fizika tənlikləri fənləri, Fizika fakültəsində Riyazi fizika üsulları fənni tədris edilir. Magistratura pilləsində isə Riyazi fizika ixtisası üzrə 12 fənn:
- Riyaziyyatın tarixi və metodologiyası;
- Riyazi fizikanın klassik və müasir problemləri;
- Qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu;
- Hiperbolik və parabolik tənliklər üçün Koşi məsələsi və riyazi fizikanın uyğun problemləri;
- Riyazi fizikada asimptotik üsullar;
- Riyazi fizika məsələləri nin həllində kontur inteqralı üsulu;
- İnteqral tənlik Fredholm və Hilbert Şmidt nəzəriyyələri;
- Riyazi fizikada inteqral tənliklər və ayriliş üsulu;
- Ümumiləşmiş funksiyalar nəzəriyyəsi və onun riyazi fizika məsələlərinə tətbiqi;
- Riyazi fizika məsələləri və diferensial operatorların spektral nəzəriyyəsində variasiyya üsulları;
- İnteqral çevirmələr və onların riyazi fizika məsələlərinə tətbiqi;
- Xüsusi törəməli diferensial tənliklər üçün məsələlərin ədədi həll üsulları;
Riyazi modelləşdirmə ixtisası üzrə isə 4 fənn:
- Neft mexanikası problemlərinin riyazi modelləşdirməsi
- Fizika və texnikada riyazi modelləşdirilmə
- Ekologiya və ətraf mühitin mühafizəsi problemlərinin riyazi modelləri
- Bioloji inkişafin Volterra modeli
tədris edilir.