QISA BİOQRAFİK MƏLUMAT
2 oktyabr 1941-ci ildə Azərbaycan Respublikası Laçın rayonu Təzəkənd kəndində anadan olmuşdur.
1961-ci ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan (hal-hazırda Bakı) Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı bitirmişdir.
İki övladı vardır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ
1961-ci ildə orta məktəbi bitirmişdir.
1961-1966 – ali təhsil
Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun aspiranturasına göndərilmişdir.
1974-cü ildə Rostov Dövlət Universitetinin Elmi Şurasında namizadlik dissertasiyasını müdafiə etmişdir.
1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtük və lövhələr üçün elastiklik nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik təhlili” mövzusu üzrə dokturluq dissertasiyasını müdafiə etmişdir.
1994-cü ildə professor elmi adını almışdır.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
“Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” elm sahələri üzrə 18 fəlsəfə doktoru, 3 elmlər doktoru dissertasiya işlərinə rəhbərlik etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
1970-ci ilin yanvar ayında Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.
1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsinə seçilmişdir.
1978-ci ilin sentyabrında AMEA Riyaziyyat və Mexanika İnstitutunda XKB-nun "Nazik divarlı konstruksiyalar" şöbəsinə rəhbər təyin edilmişdir.
1985-1991-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun XKB direktorunun elmi işlər üzrə müavini işləmişdir.
1991-2002-ci illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasinda professor vəzifəsində işləmişdir.
2002-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi analizin riyazi üsulları" kafedrasının müdiri vəzifəsində işləmişdir.
2008-ci ildən 2024-cü ilin may ayınadək Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
“EKOLOJI XƏBƏRLƏR” Beynəlxalq resenziyalı elmi-təhsil və tətbiqi jurnalının Redaksiya Şurasının üzvüdür (Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi). “Bakı Universiteti”, “Mexanika. Maşınqayırma” və Azərbaycan Milli Elmlər Akademiyasının Bülleteni, Fizika-riyaziyyat elmləri seriyası ("mexanika") jurnallarının Redaksiya Heyətinin üzvüdür.
Məhəmməd Mehdiyev 2007-ci ildən Bakı Dövlət Universitetində Dissertasiya Şurasının sədri, AMEA-nın “Xəbərlər” jurnalının (mexanika redaksiya heyəti) redaksiya heyətinin üzvü, Bakı Dövlət Universitetinin “Xəbərlər” jurnalının baş redaktor müavinidir. O, 200-dən çox elmi əsərin (həm respublikada, həm də xaricdə), o cümlədən 21 dərslik, dərs vəsaiti, monoqrafiyanın müəllifidir.
TƏLTİFLƏR
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi”,
2013-cü ildə Kembric Universitetinin “Əməkdar doktoru” seçilib və riyaziyyat və mexanika elminə verdiyi fundamental töhfəyə görə Avropa İttifaqının Elm və Sənaye Palatasının “Qızıl medalı” ilə təltif edilib.
2016-cı ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı”,
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni” eyni ildə təkrar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət ” ordeninə,
2019-cu ildə Bakı Dövlət Univeristetinin 100 illiyi “Azərbaycan Respublikasının yubiley medalı”,
2024-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi yubiley medalı” ilə təltif edilmişdir.
TƏDQIQAT SAHƏSI
Deformasiya olunan bərk cisim mexanikası, Tətbiqi riyaziyyat
BEYNƏLXALQ KONFRANSLARDA, KONQRESLƏRDƏ VƏ SIMPOZIUMLARDA IŞTIRAK
- Всесоюзные конференции по теории пластин и оболочек (Днепропетровск, 1969; Ростов на-Дону, 1971; Ленинград, 1973; Таллинн, 1985).
- Всесоюзные съезды по теоретической и прикладной механике (Киев, 1976; Ташкент, 1986).
- V Межд. конф. «Современные проблемы механики сплошной среды», Ростов-на Дону, 2000.
- III Всероссийская конф. по теории упругости, Ростов на Дону-Азов, 13-16 октябр 2003, Ростов на Дону.
- Известия высших учебных заведений. Актуальные проблемы Механики, Ростов на Дону, 2009.
- «Спектральная теория и ее приложения». Международная конференция, посвященной 80-летнему академика Ф.Г.Максудова, (Баку 17-19 март 2010).
- IX International Conference of the Georgian Mathematical Union. Batumi – Tbilisi, September 3 – 8, 2018.
- The international conference dedicated to the 90th anniversary of Ac. A. Kh.Mirzajanzade. Baku, December 13-14 , 2018.
- International Conference "Modern Problems of Mathematics and Mechanics" devoted to the 60th anniversary of the Institute of Mathematics and Mechanics. 23-25 October, 2019, Baku, Azerbaijan.
DÖVLƏT, BEYNƏLXALQ PROQRAMLAR VƏ QRANTLAR
1. 1981-1985-ci illər, ümumittifaq elmi-tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.
2. Böyük Britaniyanın Keele Universiteti ilə elmi-yaradıcılıq əlaqələri saxlayır.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi və layihənin rəhbəridir.