VİRTUAL SƏYAHƏT

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi ölkədə riyaziyyat və informasiya texnologiyaları ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültədə 9 kafedra və 2 komputer laboratoriyasi  fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur.

Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyasında aparmaq imkanına malikdir.

Fakültədə  Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, Iqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir..

Bakalavriat səviyyəsində 3 ixtisas üzrə - Kompüter elmləri, İnformatika müəllimliti və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

"Kompüter elmləri " ixtisası üzrə məzunlar İT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, riyaziyyatçı, riyaziyyat mühəndisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. peşələri seçə bilər.

"İnformatika müəllimliyi" ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) İnformatika fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilər.

"İnformasiya təhlükəsizliyi" ixtisası üzrə məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, informasiya təhlükəsizliyi üzrə analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, İT layihəsinin meneceri, verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, Java, Python, C# dillərində işləməyə imkan verir. , PHP proqramçısı və s.

Fakültədə tədris azərbaycan, rus və ingilis dillərində aparılır.

 

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət