31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirik
23 dekabr 2024-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində dünya azərbaycanlıların həmrəylik günü və yeni il mü
nasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirə dəvət olunan Şaxta baba və Qar qız fakültənin müəllim və tələbə heyətini bayram münasibəti ilə təbrik etdilər. Tədbir fakultə tələbələrinin maraqlı çıxışları ilə davam etmişdir. Daha sonra Şaxta baba və Qar qız tədbir iştirakçıları ilə maraqlı oyunlar və viktorinalar keçirmişlər. Qalib gələn iştirakçılara hədiyyələr təqdim olunmuşdur.Fakültənin rəhbərliyi tədbirin maraqlı keçməsində əməyi keçən bütün müəllim və tələbə heyətinə öz təşəkkürünü bildirir və Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edir. Bayramınız mübarək!!!