“Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika elmi konfransı
12 May 2025 15:42
12 may 2025-ci il tarixində Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransda çıxış edən fakültə dekanı professor Ələkbər Əliyev konfrans iştirakçılarını salamladı, fakültənin uğurları haqqında məlumat verdi və konfransın işində hamıya uğurlar arzuladı. Daha sonra tədbirdə Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin, elmin inkişafına göstərdiyi dəstəyin rolundan danışdı. Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, professor Rövşən Əliyev öz çıxışında belə konfransların tətbiqi riyaziyyat və informasiya texnologiyalarının bir çox aktual problemləri üzrə fikir və bilik mübadiləsi üçün geniş platforma yaratdığını qeyd etdi.
Plenar iclasda magistratura səviyyəsi üzrə təhsil alan tələbələrdən Murad Abdullazadə, Rəna Əhmədli və Aytən Baxşizadə çıxış etdilər və verilən sualları ətraflı cavablandırdılar.
Konfrans öz işini bölmələr üzrə davam etdirdi.
Son XƏBƏRLƏR
05.06.2025 | 16:35
“İqtisadi kibernetika” kafedrasının elmi seminarı keçirilmişdir.
29.05.2025 | 08:00
YUBİLEYİNİZ MÜBARƏK OLSUN!
27.05.2025 | 18:02
HUAWEI Global Training Center platformasının keçirdiyi Training Certificate"
22.05.2025 | 13:09