QISA BİBLİOQRAFİK MƏLUMAT
03 iyun 1959-cu ildə Qusar r-n Ləcət kəndində doğulub.
1974-1976-cı illər Bakı şəhərində 1№-li fizika-riyaziyyat təmayüllü internat məktəbində oxuyub.
1976-1981–ci illərdə Azərbaycan Dövlət İniversitetinin mexanika-riyaziyyat fakultəsində təhsil alıb.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1976-1981-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb və həmin fakultəni 1981-ci ildə bitirib.
1992-ci ildə AMEA-nın Riyaziyyat İnstitutunda 01.02.04, “Periodik quruluşlu kompozit materiallarda gərginlik vəziyyəti (həndəsi qeyri-xətti qoyuluşda)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədi, dosentdir.
ƏMƏK FƏALİYYƏTİ
1981-ci ildən 2005-ci ilədək AMEA Kibernetika institutu
2005-ci ildən hal hazıra kimi Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında dosent
TƏDRİS ETDİYİ FƏNLƏR
Proqramlaşdırma texnologiyaları, Proqramlaşdırmanın əsasları, Verilənlərin idarəetmə sistemləri, Proqramlaşdırma dilləri
TƏDQİQAT SAHƏSİ
Yeni informasiya texnoloqiyalarından istifadə etməklə kompüter proqram vasitələrinin yaradılması, onların tədrisi, elm və istehsal sahələrinə tətbiqi
52 elmi məqalə və 4 kitabın müəllifidir