![]() |
Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi 2008-ci ilin dekabrın 17-də Koreya dövlətinin birbaşa dəstəyi ilə xarici və daxili rəqəmsal sistemləri hərtərəfli təmin etmək məqsədilə yaranan KADO-nun (Korean Agency for Digital Opportunities and Promotion) yardımı ilə açılıb. Açılış mərasimində BDU-nun rəhbərliyi, Koreya Respublikasının İctimai İdarəetmə və Təhlükəsizlik nazirinin müavini Kin Young Ho və KADO-nun vitse-prezidenti Park Von Gsun iştirak etmişdir. 2012-ci ilin may ayında Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun Bakı Dövlət Universitetinə səfəri zamanı Mərkəzin yenilənməsinə dair müqavilə imzalanıb. Yenilənmə işlərinə mərkəzin kompüter sisteminin əvəzlənməsi, video-konfrans və virtual universitetin yaradılması daxil edilib. Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenilənmə prosesindən sonra açılışı 2012-ci ilin avqust ayında keçirilib. 2018-ci ildə Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində kompüterlərin müəyyən hissəsi yenilənmişdir. |
Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin əsas məqsədi aşağıldakılardır:
- İKT sahəsində biliklərin artırılması, internetdən elmi araşdırmalarda istifadə edilməsi, informatika sahəsində olimpiadalara hazırlığın keçirilməsi üçün respublikanın tərsil sisteminin və AMEA institutlarının əməkdaşlarının əlçatanlığını təmin etmək;
- Müasir rəqəmsal texnologiya və avadanlıqlarla tanış olmaq;
- Son informasiya texnologiyalarına yiyələnmək;
- Qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirakı təmin etmək.
3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində Seminar-room, İT Training Laboratory və İnternet Lounge fəaliyyət göstərir. İT Training Laboratory 90 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. Tələbələrin daha geniş kompüter biliklərinə malik olmaları, eyni zamanda proqramlaşdırma dillərinə mükəmməl yiyələnmələri məqsədinə xidmət edir. İnternet Lounge room isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir.
Mərkəz KADO-nun birbaşa dəstəyi ilə fəaliyyət göstərir. https://eng.nia.or.kr/site/nia_eng/main.do