Kafedra haqqında

   1993-cü ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsində EHM və proqramlaşdırma kafedrası yaradılmışdır. 1993-1997-ci illərdə kafedraya informatika sahəsində respublikada tanınmış mütəxəssis fizika-riyaziyyat elmləri namizədi, dosent Mahmudzadə Ramin Əlinazim oğlu başçılıq etmişdir. 1997-ci ildən kafedranın adı dəyişdirilmiş, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası adlandırılmış və həmin ildən 2024-cü ilə kimi kafedraya əməkdar müəllim, texnika elmləri doktoru, professor Ələkbər Əli Ağa oğlu Əliyev başçılıq etmişdir.  2024-cü ilin noyabr ayından hal-hazırki dövrə qədər kafedraya f.r.e.n., dosent Aydın Yunus oğlu Əliyev rəhbərlik edir.

   Kafedranın əməkdaşları tərəfindən fakultənin bakalavriat tədris pilləsinin Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisaslarında Proqramlaşdırmanın əsasları-1, Proqramlaşdırmanın əsasları-2, Proqramlaşdırma texnologiyaları, Komputer arxitekturası, Komputer şəbəkələri, Sistem və tətbiqi proqram təminatı, Kompüter qrafikası, İnternet texnologiyaları, Alqoritmin analizi və hazırlanması üsulları, Web texnologiyaları, Tətbiqi proqramlar paketı, Javada proqramlaşdırmanın əsasları, İnformasiya texnologiyaları, Verilənlərin strukturu, Bulud  texnologiyaları, Verilənlər bazası, Web saytların yaradılması, İnformasiya sistemləri, Paralel və paylanan hesablamalar, Süni intellekt, Verilənlərin intellektual analizi və digər fənlər tədris olunur. Eləcədə kafedranın əməkdaşları fakultənin magistratura tədris pilləsinin Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı, İnfomasiya sistemləri, Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı  ixtisaslaşmalarında  İnternetdə proqramlaşdırma, İnternet texnologiyaları, Ekspert sistemlər və süni intellekt, İnformasiya axtarış sistemləri, Web proqramlaşdırma dilləri, Mobil tətbiqlərdə riyazi modelləşdirmə və digər fənlər tədris edirlər.

   Bakı Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının beynəlxalq əlaqələri çox genişdir. Kafedra M.V.Lomonosov adına MDU ilə, Ukrayna MEA-nın Kibernetika institute və Riyazi maşınların və sistemlərin problemləri institutu ilə, Ukraynanın Vinnitsa Milli Texniki Universiteti ilə, Rusiyanın Voronej Dövlət Texniki Universiteti ilə, Kiyev Dövlət Universiteti ilə sıx elmi əlaqələr saxlayır.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət