“From Zero to Network Engineer – Real CCNA Roadmap” adlı maarifləndirici təlim keçirilib.
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “From Zero to Network Engineer – Real CCNA Roadmap” adlı maarifləndirici təlim keçirilib.
Təlim Network Expert Engineer Orxan Hacıyev tərəfindən təqdim olunub. Tədbirdə, həmçinin digər spiker Musa Əhmədov və tədbirin təşkilatçısı Nurlan Rəsulov iştirak etmişlər.
Təlim zamanı kompüter şəbəkələrinin əsasları, internetin iş prinsipi, şəbəkə avadanlıqları, IP ünvanlama, TCP/IP və OSI modelləri, marşrutlaşdırma, şəbəkə təhlükəsizliyi və Cisco sertifikatları haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçılara CCNA sertifikasiyasının əhəmiyyəti, şəbəkə mühəndisliyi sahəsində karyera imkanları, peşəkar inkişaf yolları və bu sahəyə sıfırdan başlamaq üçün zəruri bilik və bacarıqlar izah olunub.
Bu kimi tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsinə, praktiki biliklərinin artırılmasına və gələcək peşə fəaliyyətlərinə daha yaxşı hazırlaşmalarına şərait yaradır.