Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasının müəllimi, texnika üzrə fəlsəfə doktoru Firuzə Əliyevanın 23 noyabr 2026-cı il tarixində doğum günüdür.
Firuzə Əliyeva 23 noyabr 1976-cı ildə anadan olmuşdur. Azərbaycan Texniki Universitetində və Sumqayıt Dövlət Universitetində ali təhsil almış, əmək fəaliyyətinə informatika müəllimi kimi başlamışdır. 2009-cu ildən Bakı Dövlət Universitetinin İnformatika kafedrasında fəaliyyət göstərir. 2023-cü ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Elmi tədqiqatları optimallaşdırma, idarəetmə, intellektual sistemlər, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi istiqamətlərini əhatə edir. 36-dan çox elmi əsərin və 1 metodik vəsaitin müəllifidir, 10-dan çox beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.
Hörmətli Firuzə xanım, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və elmi-pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayır!
Ad gününüz mübarək!