BDU tələbəsi “AqroQR” startap layihəsi ilə beynəlxalq proqramın final mərhələsində iştirak edib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin YSKE25 qrup tələbəsi Ümid Əsədov “AqroQR” startap layihəsi ilə “Enterprise Azerbaijan” tərəfindən təşkil olunan “Startup School 4: Five Continents – 500 Startups” proqramının final mərhələsinə yüksələrək 31 oktyabr tarixində keçirilən Demo Day tədbirində iştirak edib.
“AqroQR” Azərbaycanın regionlarında aqroturizmin inkişafını təşviq edən rəqəmsal platformadır. Layihə yerli turizm imkanlarının tanıdılmasını, fermer və sahibkarların dəstəklənməsini hədəfləyir.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi tələbəsi Ümid Əsədovun innovativ təşəbbüslə çıxış etməsini yüksək qiymətləndirir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.