Yubileyinizi təbrik edirik!
28 Noyabr 2026 09:00

28 noyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Qurban Rəhim oğlu Qasımovun 80 yaşı tamam olur.
Qurban Qasımov 1946-cı ildə Gürcüstanda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il universitetin Fizika fakültəsinin Riyaziyyat kafedrasının aspiranturasına qəbul olunmuşdur.
Əmək fəaliyyətinə 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Riyaziyyat kafedrasında başlamış, 2005-ci ilədək burada müəllim vəzifəsində çalışmışdır. 1997–1999-cu və 2005–2008-ci illərdə Liviya Ərəb Respublikasının Xoms şəhərində yerləşən Əl-Mərqab Universitetində dosent və professor vəzifələrində fəaliyyət göstərmişdir. 2008-ci ildən Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasında çalışmışdır.
1973-cü ildə Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Dosent Qurban Qasımov respublika və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuş 80-dən çox elmi məqalənin və 2 patentin müəllifidir. Xarici ölkələrdə keçirilən 20-dən çox nüfuzlu beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, 1 fəlsəfə doktoru dissertasiyasına rəhbərlik etmişdir.
Elmi-pedaqoji fəaliyyətinə görə 1995-ci ildə “Qabaqcıl təhsil işçisi” medalı, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Qurban müəllim zəngin elmi və pedaqoji təcrübəsi, peşəkarlığı ilə həmkarları və tələbələri arasında hörmət qazanmışdır. Bu əlamətdar yubiley münasibətilə Qurban Rəhim oğlu Qasımovu ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.
Son XƏBƏRLƏR
27.11.2026 | 18:36
“From Zero to Network Engineer – Real CCNA Roadmap” adlı maarifləndirici təlim keçirilib.
26.11.2026 | 19:26
TT-04 qrupunun tələbələri Karyera sərgisində iştirak ediblər
26.11.2026 | 17:23
Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Data analitika” adlı seminar keçirilib.
25.11.2026 | 08:05
Yubileyinizi təbrik edirik!
23.11.2026 | 08:00