“HEYDƏR ZİRVƏSİ 100” MEDALI VƏ DİPLOMU
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə, dövlətə və dövlətçiliyə sadiq ziyalı kimi “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “HEYDƏR ZİRVƏSİ 100” medalı və diplomu ilə təltif olunmuşdur.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi Məhəmməd müəllimi təbrik edir, müvəffəqiyyətlər arzulayır!