Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Ağşəhər Biznes mərkəzinin “Kibertəhsil və süni intellekt” mövzusunda tədbiri keçirilmişdir.

12 sentyabr 2026-cı il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Ağşəhər Biznes mərkəzinin “Kibertəhsil və süni intellekt” mövzusunda tədbiri keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasının dosenti, fakültə “Kibertəhlükəsizlik” klubunun sədri Natiq Quliyev iştirak etmişdir. Tədbirin əsas məqsədi fikir və təcrübə mübadiləsi aparmaq, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və iştirakçılar arasında səmərəli şəbəkələşmə mühiti yaratmaq idi.
Tədbirdə Natiq Quliyev çıxış etmiş, təhsildə kifayət qədər informasiya texnologiyalarının tətbiq olunduğunu, kibertəhlükəsizliyin aktual sahəyə çevrildiyini və təhsilə süni intellektin geniş transformasiyasını qeyd etmişdir. O cümlədən, məruzəçi öz çıxışında süni intellektin müasir tədrisdə geniş istifadəsinin kompleks şəkildə tədrisi daha da səmərəli və effektiv edəcəyini vurğulamışdır.