Yubileyinizi təbrik edirik!
28 Avqust 2026 08:00

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Optimallaşdırma və idarəetmə kafedrasının baş müəllimi, fizika-riyaziyyat elmləri namizədi Əhmədov Fəxrəddin Şamil oğlunun 28.08.2026 tarixində 75 yaşı tamam olur.
O, 28 avqust 1951-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur.
1973–1981-ci illərdə AMEA-nın Kibernetika İnstitutunun Əməliyyatlar tədqiqi şöbəsində riyaziyyatçı vəzifəsində çalışmışdır. 1981–2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2002-ci ildən əmək fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirir və "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin "Optimallaşdırma və idarəetmə" kafedrasında baş müəllim vəzifəsində çalışır.
1986-cı ildə “Lokal və qeyri-lokal optimallaşdırma məsələlərinin ekstremumunun zəruri şərtləri nəzəriyyəsinə dair” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
F.Ş.Əhmədovun elmi tədqiqat sahəsini lokal və qeyri-lokal sərhəd məsələləri, həmçinin optimallaşdırma məsələləri təşkil edir. O, uzun illər ərzində “Optimallaşdırma və idarəetmə nəzəriyyəsinin ədədi üsulları və tətbiqləri”, “Diskret optimallaşdırma”, “Qeyri-hamar proqramlaşdırma” və digər fənləri tədris edərək tələbələrin hərtərəfli bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynamışdır.
Əhmədov Fəxrəddin Şamil oğlu 55 elmi məqalənin, 2 kitabın və 1 tərcümənin müəllifidir. Onun uzunmüddətli elmi-pedaqoji fəaliyyəti, riyaziyyat elminin inkişafına və gənc mütəxəssislərin hazırlanmasına verdiyi töhfələr xüsusi qeyd olunmağa layiqdir.
Hörmətli Fəxrəddin müəllim, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi Sizi 75 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə cansağlığı, uzun ömür və bundan sonrakı həyat yolunuzda yeni nailiyyətlər arzu edirik.
Son XƏBƏRLƏR
26.10.2026 | 16:03
Bakı Dövlət Universitetində “Bayes statistikasının struktur biologiyasında rolu – ümumi baxış” mövzusunda elmi seminar keçirilib
26.10.2026 | 16:01
“Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
23.10.2026 | 15:18
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Kibertəhlükəsizlik Klubu üzvləri İT texnologiyalarının satışı üzrə təlimdə iştirak ediblər.
22.10.2026 | 11:24
Fişinq hücumları mövzusunda seminar keçirildi.
16.10.2026 | 19:09