Elmi uğur münasibətilə təbrik edirik

Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi, İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru, dosent Mübariz Xəlilovun elmi məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Belə ki, onun “Applied and Computational Mathematics” (Q1) jurnalında “Mathematical Modeling of the Effects of Geomagnetic Storms on the Development of Lactic Acid Bacterial Strains” adlı məqaləsi, eləcə də “Journal of Engineering Physics and Thermophysics” jurnalında məqaləsi 24 sentyabr 2026-cı il tarixində Springer Nature nəşriyyatının Scopus bazasında indekslənən jurnalında çap olunmuşdur.
Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin kollektivi adından Mübariz Xəlilovu bu elmi nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq!