Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Anım Günü tədbiri keçirilib.
-lg.jpg)
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər. Fakültə dekanı, texnika elmləri doktoru, professor Ələkbər Əliyev tədbirin açılış nitqi ilə çıxış edib. Həmçinin Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor, riyaziyyat üzrə fəlsəfə doktoru Hacı Məsmalıyev və fakültənin dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Şamo Cəbrayılov çıxış ediblər.
Tədbir zamanı şəhidlərin qəhrəmanlığı və Vətən qarşısındakı fədakarlıqları vurğulanıb, onların əziz xatirəsinin daim yaşadılmasının mənəvi borcumuz olduğu qeyd edilib.
Sonda şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad edilib və tədbir iştirakçılarına təşəkkür bildirilib.