Almatı Dövlət Universitetinin magistrantları Tətbiqi riyaziyyat və kibernetika fakültəsində elmi təcrübə keçmişdir.
Almatı Dövlət Universitetinin İnformatika ixtisası üzrə magistrantları Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasında elmi təcrübə keçmişdir. Təcrübə müddətində 17 aprel-30 aprel 2025-ci il Almatı Dövlət Universitetinin magistrantları Aben Danıyar, Taskul Laura, Suleymanxan Asem, Vafayev Abdulazizxan, Şaqirova Akbota kafedrada müəllim kollektivi ilə görüş keçirmiş və kafedranın dosentləri Rəsulova Sevinc və Həsənova Nazlının fakültədə olan dərslərində iştirak etmişdirlər. Onlar həmçinin kafedranın elmi seminarlarında və 2-ci kurs magistrların dissertasiya işlərinin ilkin müzakirəsində iştirak etmişlər. Qonaqlar, Universitetinin elmi kitabxanaları, kompüter mərkəzləri, muzeylər, şəhidlər abidəsi, BDU ərazisində olan Eko Məkan, idman kompleksləri, universitet restoran şəbəkəsi ilə tanış olublar. Onlar həmçinin, Bakının görməli yerləri ilə tanış olmuş, fakültədə xatirə şəkilləri çəkdirmiş və universitet rəhbərliyi tərəfindən verilmiş sertifikatlarla təltif olunmuşdular.