TƏTBİQİ RİYAZİYYAT KAFEDRASININ PROFESSORU HİDAYƏT HÜSEYNOV VƏFAT EDİB
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının professoru vəfat edib.
Hidayət Hüseynov 1951-cı il yanvar 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda aspirant olmuşdur. 1976-1990-cı illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır.
1990-cı ildən indiyədək BDU-da çalışırdı.
Hidayət Hüseynov "Riyazi analiz" fənnini tədris edirdi.
70-dən çox elmi məqalənin və bir dərs vəsaitinin müəllifi idi. 7 elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin rəhbərliyi və kollektivi professor Hidayət Hüseynovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!