BDU tələbələri şəhid Tural Eyyubovun ailəsinə baş çəkib.
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tİ-71 qrup tələbələri 44 günlük Vətən müharibəsində şəhid olmuş BDU məzunu leytenant Tural Yadulla oğlu Eyyubovun ailəsinə baş çəkib.
Tural Eyyubov 2009-cu ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. 2013-cü ildə Universiteti bitirən Tural həmin ilin oktyabrında hərbi xidmətə yola düşüb. Hərbi xidməti zamanı TTM-də motoatıcı tağım komandirliyi kursunu müvəffəqiyyətlə başa vurub və zabit kimi xidmətini davam etdirib.
2020-ci ilin oktyabr ayının əvvəllərində Vətənin müdafiəsinə qatılan leytenant Tural Eyyubov Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşərək 25 oktyabrda qəhrəmancasına həlak olub. Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunub.
Şəhidin anası Tural Eyyubovun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan,
ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi şücaətdən bəhs etdi.
Sonda isə şəhidin ailə üzvləri Ti-71 qrup tələbələrinə təşəkkür edib və xatirə şəkili cəkdiriblər.