Beynəlxalq konfrans keçirilmişdir.
Sentyabr ayının 18-21 də İrkutsk Dövlət Universitetində "Dinamik sistemlər və kompüter elmləri Nəzəriyyə və tətbiqlər" adlı Beynəlxalq konfrans keçirilmişdir. ‘’Riyazi kibernetika’’ kafedrasının müdiri, professor Kamil Mənsimov Beynəlxalq proqram komitəsinin üzvü idi. Konfransda professor Kamil Mənsimov, kafedranın dosentləri Səadət Əliyeva, Aqşin Abdullayev və Rəşad Məstəliyev həmçinin doktorantlar Aytac Kərimova, Şəbnəm Süleymanova, Kamran Əliyev və Aygül Mənsimzadə müxtəlif məruzələrlə çıxış etmişlər. Onların optimal idarəetmənin keyfiyyət nəzəriyyəsinin tədqiqinə həsr olunmuş məruzələri konfrans iştirakçıları tərəfindən çox maraqla qarşılanmışdır.