“Bəzi hesablama məsələlərinin Python dilində həlli” dərs vəsaiti hazırlanmışdır.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasının professoru, r.e.d., Əşrəfova Yeganə Ramiz qızı tərəfindən “Bəzi hesablama məsələlərinin Python dilində həlli” dərs vəsaiti hazırlanmışdır. Dərs vəsaiti alqoritmlərin hazırlanması üsulları, Python dilində proqramlaşdırma vasitələrinə və bəzi hesablama məsələlərinin Python dilində həllinə hərs olunmuşdur. Dərs vasaitində bütün alqoritmlər, proqramlar çoxsaylı misallar üzərində izah edilmiş və oxucunun müstəqil işləməsi üçün sonda mövzuya aid ayrıca tapşırıqlar verilmişdir.
Dərs vəsaiti “ İnformatika müəllimliyi”, “Kompüter elmləri”, ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrlar, eləcə də proqramlaşdırmanı müstəqil şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.