"Bir Ad, bir İz" adlı rəsm müsabiqəsi keçirilib.
10 May 2025 16:11
-lg.jpg)
“BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə könüllülərinin və “Renessans” İncəsənət klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Bir Ad, bir İz" adlı rəsm müsabiqəsi keçirilib.
Rəsm müsabiqəsi Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə sədr Aydan Hüseynovanın moderatorluğu ilə açıq elan edilib. Daha sonra isə “Renessans” İncəsənət klubunun sədri Nihan Kərimli Ulu Öndər Heydər Əliyevin yaradıcılığına toxunaraq ətraflı məlumat verdikdən sonra müsabiqə başlanılıb.
Münsiflər heyətinin qiymətləndirməsi əsasında 6 iştirakçı sonda sertifikatla mükafatlandırılıb. Tədbir iştirakçılara həm yaradıcı bacarıqlarını nümayiş etdirmək, həm də dahi şəxsiyyət Heydər Əliyevin irsini daha dərindən dərk etmək imkanı verib.
Son XƏBƏRLƏR
26.10.2026 | 16:03
Bakı Dövlət Universitetində “Bayes statistikasının struktur biologiyasında rolu – ümumi baxış” mövzusunda elmi seminar keçirilib
26.10.2026 | 16:01
“Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
23.10.2026 | 15:18
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Kibertəhlükəsizlik Klubu üzvləri İT texnologiyalarının satışı üzrə təlimdə iştirak ediblər.
22.10.2026 | 11:24
Fişinq hücumları mövzusunda seminar keçirildi.
16.10.2026 | 19:09