“Elm günü”nə həsr olunmuş tədbir
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 11 mart 2025-ci il tarixində fakültənin müəllim və tələbə heyətinin iştirakı ilə Elm gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Süni intelekt: carı vəziyyəti və gələcəkdə istifadəsindən sinergetik effekt” mövzusunda ARETN İdarəetmə İnstitutunda laboratoriya müdiri, texnika elmləri doktoru, professor Ramin Rzayev çıxış etmişdir. Ramin müəllim çıxışında qeyd etmişdir ki, süni intellekt bütün qlobal iqtisadiyyatın inkişafına təsir göstərmək üçün böyük potensiala malikdir. O cümlədən, Internet of Things, Big Data Analytics və ya Blockchain kimi əsas texnologiyalarla birləşdirildikdə, süni intellekt iqtisadi inkişafın əsasına çevrilə bilər və bununla da rəqabət qabiliyyətini təmin edə və yeni yüksək texnologiyalı iş yerləri yarada bilər. Məruzəçi mövcud ilkin şərtlərə əsaslanaraq, süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin vacib və aktual olduğunu bir daha vurğulamışdır.
Fakültə adından sizləri 27 mart – Elm Günü münasibətilə təbrik edir, hər birinizə yeni-yeni elmi uğurlar, nailiyyətlər arzulayırıq!