“Elm günü”nə həsr olunmuş elmi seminar
17 Mart 2026 21:29

17 mart 2026-cı il tarixinda Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Elm günü”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, prof. Rövşən Telman oğlu Əliyev “Diskret müdaxiləyə malik təsadüfi prosesin erqodik paylanmasının yüngül və ağır qalıqlı funksiyalar sinifində tədqiqi” mövzusunda məruzə etdi.
Məruzəçi baxılan prosesin erqodik paylanmasının yüngül və ağır qalıqlı olması üçün kafi şərtlər haqqında isbat edilmiş teoremlər haqqında məlumat verdi. Belə ki, müdaxilənin paylanması yüngül və ağır qalıqlı paylanmalar sinifinə daxil olduqda, prosesinin ergodik paylanmasının da uyğun olaraq yüngül və ağır qalıqlı paylanmalar sinifinə daxil olduğu göstərilmişdir.
Məruzədə qeyd olundu ki, alınan nəticələr prof. Rövşən Əliyev və Bakı Dövlət Universitetinin doktorantı, Qarabağ Universitetinin Pedaqoji fakültəsinin müəllimi Urfan Əliyevin həmmüəllif olduqları “Ümumi müdaxiləyə və tələb miqdarına malik təsadüfi prosesin tədqiqi” (A study of the stochastic process with general interference of chance and general demands, Volume 55, Issue 9, 2026 pp. 2877-2891) adlı məqalədə əksini tapmış və həmin məqalə yüksək impakt faktorlu (IF = 0.9), Q2 kvartilli “Communication in Statistics - Theory and Methods” jurnalında çap olunmuşdur. Məqalənin linki: https://doi.org/10.1080/03610926.2025.2566989
Seminarın sonunda Rövşən Əliyev seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.
Son XƏBƏRLƏR
14.03.2026 | 15:32
BDU-nun 14 magistr proqramı beynəlxalq akkreditasiyadan keçirilib.
11.03.2026 | 12:15
27 mart – Azərbaycanda qeyd olunan Elm günü
10.03.2026 | 17:02